...

Daxili İşlər Nazirliyinin kollegiya iclasında ötən illərdən bağlı qalmış cinayətlərin açılma vəziyyəti müzakirə edilib

Siyasət Materials 1 Aprel 2008 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir E.Hüseynli/ Daxili İşlər Nazirliyinin (DİN) bu gün keçirilən kollegiya iclasında ötən illərdən bağlı qalmış cinayətlərin açılma vəziyyəti müzakirə edilib. Bu barədə çərşənbə axşamı Trend -a DİN-dən məlumat verilib.

2007-ci ildə daxili işlər orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində, keçmiş illərdən bağlı qalmış 410, o cümlədən 65 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib. Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 3752-i (72,1%), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan şəxslərin 359-u (30,8%) tutulub, itkin düşmələri ilə əlaqədar axtarışda elan olunan 1484 nəfərdən 1122-nın (75,6%) yeri müəyyən edilib. 2007-ci ildə 13 299 şəxs cinayət məsuliyyətinə cəlb edilib, onlardan 1803-ü (13,6%) qadınlar, 357-si (2,7%) yetkinlik yaşına çatmayanlar, 11127-i (83,7%) işləməyən və oxumayan, 1490-ı (11,2%) əvvəllər məhkum edilmişlər olub.

Kollegiya iclasında bağlı qalmış cinayətlərlə bağlı nazirliyin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinski çıxış edib.

Şəkinski çıxışında bağlı qalmış cinayətlərin açılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi zəruri hesab olunub.

Kollegiyada şəxsi heyət arasında nizam-intizamın yüksəldilməsi məsələsi də müzakirə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti