...

Azərbaycan MDB-nin Humanitar Əməkdaşlıq Fondunun yaradılmasını dəstəkləyib

Siyasət Materials 1 Aprel 2008 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel mart / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti MDB-yə üzv ölkələr arasında humanitar əməkdaşlıq sahəsində tədbirlərin və layihələrin maliyyələşdirilməsi məqsədi ilə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun yaradılmasını nəzərdə tutan müqaviləni təsdiq edib. "Yaradılacaq Fond dövlətlərarası-qeyri kommersiya təşkilatıdır və əsas məqsədi gəlir əldə etmək deyil", -deyə Azərbaycan parlamentinin çərşənbə axşamı keçirilən iclasında iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib.

"MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun yaradılmasıhaqqında" müqavilə quruma üzv olan ölkə prezidentlərinin 2006-cı ilin may ayının 25-də Düşənbədə keçirilən sammitində imzalanıb.

Fondun fəaliyyətini, icraçı direktorun və əməkdaşların əmək haqqını MDB-yə üzv olan ölkələr maliyyələşdirəcəklər. Lakin Azərbaycan Fondun maliyyələşdirilməsində iştirak etməyəcək.

Fond Moskva şəhərində yerləşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti