...

Bakı və Vilnüs siyasi əlaqələri genişləndirmək istəyir – səfir

Siyasət Materials 2 Aprel 2008 14:17 (UTC +04:00)
Bakı və Vilnüs siyasi əlaqələri genişləndirmək istəyir – səfir

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir S.Ağayeva/ Litva Azərbaycan ilə siyasi əməkdaşlığı genişləndirmək və Avropaya inteqrasiya məsələsində ona yardım etmək niyyətindədir. Sabah Bakıda hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında keçiriləcək məsləhətləşmələrdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Bu barədə çərşənbə günü Trend a Litvanın Azərbaycandakı səfiri Kestitus Kudzmanas məlumat verib.

Məsləhətləşmələrdə Litva XİN-in Strateji Planlaşdırmalar Departamentinin nümayəndə heyəti iştirak edəcək.

Səfir bildirib ki, məsləhətləşmələr Azərbaycanın Avropa İttifaqının (Aİ) "yeni qonşuluq" siyasətində iştirakı, onun Aİ və NATO ölkələrinə inteqrasiyası, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti