...

Əmmanda Azərbaycanla İordaniya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub – səfir

Siyasət Materials 2 Aprel 2008 16:28 (UTC +04:00)
Əmmanda Azərbaycanla İordaniya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub – səfir

Azərbaycan, Bakı, 02 aprel / " müxbir S.Ağayeva/ Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Əmman şəhərində İordaniyadan olan həmkarı və bu ölkənin baş naziri ilə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Trend a çərşənbə günü telefonla Əmmandan Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı məlumat verib.

Səfir bildirib ki, II Abdulla və Nadir Daxabani ilə görüşlərdə Azərbaycanda inkişaf etmiş hərbi sənayenin yaradılması, bu sahədə mütəxəssislərin hazırlanması məsələləri üzrə iki ölkənin əməkdaşlıq edə biləcəyi perspektivli sahələr nəzərdən keçirilib.

Araslının sözlərinə görə, kral II Abdulla İordaniyanın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı oolduğunu və bunun üçün bütün cəhdlərin fəallaşdırılmasının vacib olduğunu ifadə edib.

Azərbaycanda artıq iki ildir ki, Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Bu gün artıq Nazirliyin, hərbi-sənaye kompleksinin formalaşdırılmasında təcrübəyə malik olan digər dövlətlərin müdafiə idarələri ilə səylərin kooptasiyası üzrə real fəaliyyət göstərməsinə lüzum var. Müstəqil ekspertlər hesab edirlər ki, İordaniyanın təcrübəsi bu işdə Azərbaycan üçün çox faydalı ola bilər.

Müdafiə naziririn müavini Çingiz Məmmədovun da daxil olduğu Azərbaycan nümayəndə heyəti İordaniyada SOFEX 2008 sərgi konfransında iştirak edir. Martın 31-dən aprelin 3-dək İordaniyanın paytaxtında terrorizmə qarşı mübarizə və ölkələrdaxili təhlükəsizlik uğrunda mübarizə aparan dünya üzrə aparıcı və inkişaf edən xüsusi təyinatlı dəstələr və xüsusi təyinatlı qüvvələrin VII sərgi-konfransı (SOFEX 2008) keçirilir.

Xəbər lenti

Xəbər lenti