...

Fələstin-İsrai arasında sülhün yaranmasında dair ciddi addımlar atılır - ekspertlər

Siyasət Materials 2 Aprel 2008 18:26 (UTC +04:00)
Fələstin-İsrai arasında sülhün yaranmasında dair ciddi addımlar atılır - ekspertlər

İsrail, Qüds, 01 aprel / Trend , müxbir D.Xatınoğlu, R.Abdullayev/ ABŞ Dövlət Katibi Kondoliza Raysın Fələstinə növbəti səfərində İsrail və Fələstin tərəflərinin sülhün yaranmasına dair əməli addımlar atmasına baza yaranıb. "Fələstin-İsrail arasında sülhün yaranmasında dair ciddi addımlar atılır"- deyə, israilli ekspert Mordexay Kedar Trend a bildirib.

Martın 31-də ABŞ Dövlət Katibi Kondaliza Raysın Yaxın Şərqə ikinci səfəri başa çatıb. Bu səfərdən hiss olunacaq nəticələr gözlənilir. ABŞ-ın Dövlət Katibi ilə görüş zamanı İsrailin müdafiə naziri Ehud Barak Fələstin Muxtariyyəti sakinlərinin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş növbəti addımlar seriyasını təqdim etdi. O cümlədən, İsrail qoşunlarının İerixon üzərində blokpostu aradan qaldırmasından sonra, 2000-ci il intifadasının başlamasıdan sonra ilk dəfə olaraq, Ölü dənizə gedən yol fələstinlilərin üzünə açılacaq. "Hazırkı İsrail hakimiyyətinin zəifliyi Buş Administrasiyasına Ariel Şaronun hakimiyyəti dövründə fələstinlilərin xəyallarına belə gətirə bilmədikləri güzəştlərə nail olmağa imkan verir"-deyə, Siyasi elmlər üzrə proffessor, Bar-İlan Universitetində Strateji Aaraşdırmalar Mərkəzinin eksperti Mordexay Kedar bildirib. "Amerika Administrasiyası İsrail və fələstinlilərdən Corc Buşun Ağ Evdən gedşinə qədər razılığa gəlməyi tələb edir. Bu tələskənlik İsrailin milli təhlükəsizliyi üçün baha başa gələ bilər"- deyə Kedar qeyd edib. Kedarın rəyinə görə, danışıqların xüsusi predmeti daha bir əhəmiyyətli məsələdir və Fələstin ərazilərinin faktiki olaraq iki anklava - İordan çayının qərb sahili və Qəzzə sektoruna bölünməsi şəraitində danışıqların aparılması nə dərəcədə şüurludur? "Əgər Qərb sahilindəki massivlər üzərində administrativ nəzarəti bütünlüklə Fələstin Muxtariyyətinin sədri Mahmud Abbasın əlindədirsə, Qəzzədəki hakimiyyət tam olaraq HƏMAS qruplaşmasına məxsusdur. FƏTH-in "dünyəvi millətçiləri"ndən fərqli olaraq, HƏMAS-ın radikal islamçıları prinsip etibarilə İsraillə ərazi güzəşti və sülh yolu ilə nizamlanma ideyasını qəbul etmirlər və müvafiq olaraq, bu quplaşmaların liderləri planlaşdırılmış konfrans çərçivəsində, İsrailin iştirakilə əldə olunacaq istənilən razılaşmanı qəbul etməyə hazır olmadıqlarını bəyan edirlər " - deyə Kedar bildirib. İranlı politoloq, Fələstin məsələsi üzrə ekspert Əhməd Zeydabadi çərşənbə axşamı telefonla Tehrandan Trend a bildirib ki, yaxın gələcəkdə Fələstin-İsrail münaqişəsinin həlli gözlənilmir, lakin, "Annapolis" müzakirələri və onun davamı müsbət addımların atılması ilə nəticələnib. İranlı ekspertin fikrincə, İsrail "Yol xəritəsi" planında qeyd olunan öhdəliklərə əməl etməlidir. Bu isə çox çətin məsələdir. Hakimiyyətlə koaliasiyada olan "Saş" partiyasının Olmertdən tələbi sülh prosesinə əksdir. Onlar şəhərciklərin inşasının dayandırılacağı təqdirdə, hakimiyyətə dəstək verməyəcəklərini bildirirlər. Buna baxmayaraq, yenə də sülhün yaranmasına ümid çoxdur"-deyə, Zeydabad bildirib.

İsraildə yayılan "Yediot Ahronot" qəzetinin məlumatına görə, Fələstin Muxtariyyəti Administrasiyasına, Oslo müqaviləsinə əsasən, İsrailin nəzarəti altında olan "B" zonasında iri kəndlərdə polis məntəqələri açmaq üçün icazə veriləcək. Muxtariyyət sakinlərinin Nəzarət-buraxılış məntəqəsindən növbəsiz və yoxlamasız keçməsinə imkan verən bir neçə min icazə sənədi veriləcək. Fələstinin təhlükəsizlik xidmti, iki həftə öncə əldə olunan razılaşmaya əsasən, Rusiya istehsalı olan 25 BTR nəzərərə alınmadan, ABŞ tərəfindən təxminən 300 avtomobil əldə edəcək.

Xəbər lenti

Xəbər lenti