...

Polis Fransanın Bakıdakı səfirliyi qarşısındakı piketi dağıdıb

Siyasət Materials 3 Aprel 2008 15:26 (UTC +04:00)
Polis Fransanın Bakıdakı səfirliyi qarşısındakı piketi dağıdıb

Azərbaycan, Bakı, 03 aprel/ " , müxbir C.Babayeva / Cümə axşamı Fransanın Bakıdakı səfirliyi qarşısında Müasir Müsavat Parityasının 30-a yaxın fəalı peket keçirməyə cəhd göstərib. Polis piketçilərin diplomatik missiya binasına yaxınlaşmasına icazə verməyib. Piket Malakan bağında baş tutub.

Aksiya ATƏT-in Rusiya, Fransa və ABŞ qismində həmsədr-ölkələrinin BMT Baş Assambleyasının 14 mart sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamənin əleyhinə səs vermələri ilə əlaqədar olaraq, ATƏT-in Minsk qrupunun fəaliyyətindən imtina etmək tələbi ilə keçib.

Etiraz aksiyasının əsas şüarları bunlar olub: "ATƏT-in Minsk qrupu həmsədrləri ermənipərəst mövqeyindən imtina etməlidir" və " Fransalı həmsədr tutduğu vəzifədən azad olunmalıdır".

Piket Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi olmadan keçirilib.

Aksiyanın sonunda Müasir Müsavat Partiyasının sədr müavini Fərhad Əliyev partiyanın etiraz bəyanatını Fransa səfirliyinin nümayəndəsinə təqdim edib.

Müasir Müsavat Partiyası 2000-ci ildə yaradılıb, 2002-ci ildə dövlət qeydiyyatından keçib. Partiya özünü konstruktiv müxalifət hesab edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti