...

Iran və İsrail ideoloji baxışlarına görə mənfi imic qazanıblar- ekspertlər

Siyasət Materials 3 Aprel 2008 16:39 (UTC +04:00)

İsrail, Qüds, 03 aprel / Trend , müxbir D.Xatınoğlu, R.Abdullayev/ İran və İsrailinin beynəlxalq səviyyədə mənfi imicinin səbəbi hər iki ölkədə "ideoloji hakimiyyətin" olmasıdır. "Beynəlxalq ictimaiyyətdə, Iran və İsrail ideoloji baxışlarına görə mənfi imic qazanıb"-deyə, İran politoloqu İsa Səhərxiz (Isa Saharkhiz) Trend a bildirib.

BBC-nin dünyanın 34 ölkəsində keçirdiyi sorğunun nəticələri İran və İsrailin dünyada ən mənfi imic daşıdığını göstərir. Dünyanın müxtəlif ölkələrində 17 min respondentin iştirakı ilə keçirilən sorğuda, Almaniya ən müsbət ,İransa ən mənfi imiclə səciyyələnib.

"İran və İsrail hakimiyyətləri mahiyyətcə dini ideologiyalara bağlılıqdır"-deyə, Səhərxiz cümə axşamı Tehrandan telefonla bildirib. Onun fikrincə, beynəlxalq ictimaiyyət ideologiyanı demokratiyaya maneə hesab edir. "İran prezidenti Mahmud Əhmədinejadın Xolokost faciəsini "əfsanə" adlandırması, İsrailinin dünya xəritəsindən silinməsinə dair bəyanat verməsi və üçüncü dünya ölkələrinə xoş gələn populist bəyanatı ilə ölkənin beynəlxalq səviyyədə imicinə xələl gətirməsi də faktdır"-deyə, İran politolou bildirib.

Keçirilən sorğuya əsasən, ABŞ-ın beynəlxalq ictimaiyyətin nəzərində imici, keçən ilə nisbətənmüsbət mənadə dəyişib. Lakin, yenə də çoxları ABŞ-ın dünyada mənfi nəticələr verən təcavuzkar siyasətini pisləyib.

Səhərxizin rəyincə, keçən illərlə müqayisədə, ABŞ-ın imicində bu dəyişikliyin səbəbi Əfqanıstan və İraq müharibəsindən keçən vaxtla bağlıdır. "ABŞ dünya ictimaiyyətindən icazəsiz bu ölkələrə hücum etdi və ilk dövrdə etirazlar və mənfi münasibət çox idi. Lakin, hazırda Amerika dünya ictimaiyyətinin rəyi ilə paralel addımlamağa üstünlük verir və bu məsələ dünyanın nəzərində Vaşınqtonun imicinin yaxşılığa doğru dəyişməsinə səbəb olub. Onun fikrincə, ABŞ-in regionda güclü hərbi və siyası bazaları olduğundan, beynəlxalq ictimaiyyətinin mənfi rəyini qazanıb".

Təl-Əvivin Bar-İlan Universiteti nəzdində Beqin-Sadat Strateji Tədqiqatlar Mərkəzinin eksperti, siyasi elmlər doktoru Mordexay Kedar bu gün Trend a telefonla bildirib ki, bu sorğu hər gün İsrail və İran haqqında mənfi mövqedən yazan dünya mətubatının təsirinin nəticəsidir. Israilli politoloqun fikrincə, dünya prizmasında İran - Yaxın Şərqə ən böyük təhlükədir, İraq, Livan və Fələstin ərazilərində terrorizmi dəstəkləyir, onun nüvə ambisiyaları var və o, zəif demokratiyaları qeyri-stabil vəziyyətə gətirməkdə davam edir. İsrailli ekspert bütün bunların İranın imicinə mənfi təsir etdiyini bildirib.

Kedarın sözlərinə görə, İsrail haqqında mənfi fikir, hər şeydən əvvəl, fələstinlilərlə münaqişə, Qəzzənin hərbi blokadası ilə bağlıdır. Dünya ictimaiyyəti münaqişənin mahiyyətinə varmır. "Lakin heç kimfərqinə varmır ki, İsrail İranmeylli İsmayıl Haniyə rejimi (Hamas) tərəfindən İsrailin cənubunun fasiləsiz raket atəşinə tutulması nəticəsində blokada tətbiq etməyə məcbur olub"-deyə, İsrail politoloqu bildirib.

Xəbər lenti

Xəbər lenti