...

MDB PA-nın komissiyası Rusiyanın digər Birlik ölkələrinin daxili işlərinə müdaxiləsinə səbəb ola biləcək qanun layihəsini geri qaytarıb

Siyasət Materials 3 Aprel 2008 19:06 (UTC +04:00)
MDB PA-nın komissiyası Rusiyanın digər Birlik ölkələrinin daxili işlərinə müdaxiləsinə səbəb ola biləcək qanun layihəsini geri qaytarıb

Azərbaycan, Bakı, 03 aprel mart/ Trend , müxbir İ.Əlizadə/ MDB Parlamentlərarası Assambleyasının (MDB PA) komissiyası Rusiya tərəfindən təqdim olunan və həmvətənlər hesab olunan şəxslərə xüsusi status və bununla bağlı şəhadətnamənin verilməsini nəzərdə tutan qanun layihəsini geri qaytarıb. "MDB PA-nın Sosial siyasət və insan hüquqları komissiyasının iclasında "MDB ölkələrində yaşayan həmvətənlər haqqında qanun layihəsi müzakirə olunub. Azərbaycan, Ukrayna və Gürcüstan qanun layihəsini dəstəkləmədilər. Çünki layihə yeni separatçı meyllərin yaranmasına səbəb ola bilər. Ona görə də qanun layihəsi geri qaytarılıb", -deyə cümə axşamı Sankt-Peterburqdan telefonla Trend a açıqlamasında Azərbaycanın MDB PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elmira Axundova bildirib.

Axundova qeyd edib ki, həmvətənlər hesab olunan şəxslərə xüsusi statusun verilməsi bir dövlətin digər dövlətin daxili işlərinə müdaxiləsi üçün təzyiq vasitəsinə çevrilə bilər: "MDB ölkələrində yaşayan insanların əksəriyyəti həmvətən hesab olunurlar. Onlara xüsusi status verməyə ehtiyc yoxdur".

Komissiya qanun layihəsinin İnsan hüquqları komissiyasına qaytarılması və yenidən ekspertizadan keçirilməsi haqqında qərar qəbul edib.

İclasda Azərbaycan parlamentinin Regional məsələlər daimi komissiyasının rəhbəri Arif Rəhimzadə yenidən MDB PA-nın Sosial siyasət komissiyasının sədri seçilib.

Cümə günü Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının 30-cu plenar və Assambleya Şurasının iclasları başlayıb. MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında təşkilati məsələlərə baxılacaq, ötən müddətdə bu təşkilat çərçivəsində həyata keçirilən  ayrı-ayrı tədbirlərə yekun vurulacaq, görülən işlərin nəticələri və MDB-yə üzv olan ölkələrdəki seçkilərdə Parlament Assambleyasının nümayəndələrinin iştirakı və digər məsələlər müzakirə olunacaq. Assambleyanın 30-cu plenar iclasında isə, bir sıra model qanunların müzakirəsi nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti