...

Azərbaycanın müxalifət Mərkəzində mitinqin keçirilməsi ilə bağlı ümumi qərar yoxdur

Siyasət Materials 4 Aprel 2008 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir C.Babayeva/ Demokratik Seçki Mərkəzində (DSM) mayın 12-də mitinq keçirilməsi ilə bağlı fikir ayrılıqları mövcuddur. Bu barədə cümə günü Trend a Mərkəzdə təmsil olunan Açıq Cəmiyyət Partiyasının sədr müavini Yaqub Abbasov məlumat verib.

Yanvarın 30-da doqquz müxalifət partiyası - Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq, Milli-Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Açıq Cəmiyyət, Təkamül və Yaşıllar partiyası Demokratik Seçki Mərkəzinin yaradılması barədə qərar qəbul edib.

Mərkəz mayın 12-də - Bişkək sazişinin imzalandığı gün Bakının mərkəzi hissəsində mitinq keçirməyi planlaşdırır. Saziş əsasında Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində atəşkəs rejimi tətbiq olunur.

Aprelin 18-də DSM-in növbəti iclasından sonra mitinqin keçirilməsinə yerin ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. Mitinq Azərbaycan ordusunda radikal islahatların həyata keçirilməsi və rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair götürdüyü öhdəlikdən imtina etməsi çağırışı ilə keçiriləcək.

Abbasovun sözlərinə görə, DSM-in son iclasında Açıq Cəmiyyət və Yaşıllar partiyası mitinqin keçirilməsinin əleyhinə olub.

"Mitinqin keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilsə belə, Açıq Cəmiyyət və Yaşıllar partiyası mitinqə qoşulmayacaq", deyə Abbasov bildirib.

Açıq Cəmiyyət və Yaşıllar partiyasının fikrincə, hazırda DSM-in əsas fəaliyyət istiqaməti Azərbaycanda seçkiöncəsi vəziyyətin dəyişdirilməsinə yönəlməlidir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan - trend

Xəbər lenti

Xəbər lenti