...

ABŞ Azərbaycanı İrandan gələn təhlükəyə qarşı mübarizədə səyləri birləşdirməyə çağırır

Siyasət Materials 4 Aprel 2008 15:42 (UTC +04:00)
ABŞ Azərbaycanı İrandan gələn təhlükəyə qarşı mübarizədə səyləri birləşdirməyə çağırır

Azərbaycan, Bakı, 04 aprel / " , müxbir K.Ramazanova/ ABŞ Azərbaycanı İran tərəfindən gələn təhlükəyə qarşı mübarizə aparmaq üçün səyləri birləşdirməyə çağırır.

"Biz İran tərəfindən ABŞ, Avropa və Rusiya üçün təhlükə olduğunu hesab edirik və bu səbəbdən Azərbaycanı bu təhlükəyə qarşı birgə işləməyə çağırırıq" - deyə cümə günü Bakıda ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Azərbaycandakı Qəbələ radiolokasiya sistemindən istifadəyə dair Birləşmiş Ştatlar və Rusiya arasında mövcud olan danışıqları şərh edərəkən bildirib.

Rusiya hazırda Azərbaycandakı Qəbələ RLS-i icarə əsasında istifadə edir. Bu, ballistik raketlərin buraxılışının izlənməsi üzrə Rusiya sistemlərinin tərkib hissəsidir. Azərbaycanın şimal-qərb hissəsində yerləşən Qəbələ RLS Sovet dövründə SSRİ-nin raket əleyhinə müdafiə sisteminin elementlərindən biri kimi tikilib.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ-a Qəbələ RLS-dən birgə istifadə etməyi təklif edib. Bununla əlaqədar hər iki ölkə ekspertləri texniki mahiyyətli bir sıra görüşlər keçiriblər. Lakin hələ ki, konkret qərar qəbul olunmayıb.

Səfir bildirib ki, ABŞ və Rusiyanın Qəbələ RLS-din birgə istifadə məsələsi həmişə Birləşmiş Ştatlar və NATO üçün aktual olaraq qalacaq. "ABŞ məsələnin tezliklə, müsbət həllinin tərəfdarıdır" - deyə Dersi bildirib.

Qəbələ RLS-in 10 illik icarəsinə dair müqavilə 2002-ci ildə imzalanıb. 2006-cı ilin əvvəlində Azərbaycan RLS-dən istifadəyə görə icarə haqqının ikiqat artırılmasına dair (ildə 7 mln.-dan 14,4 mln. dollara qədər) məsələ qaldırıb.

2004-cü ilin sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi stansiyanın Qəbələ və ətraf rayonlarda yaşayan insanların səhhətinə və təbiətə elektromaqnit şüa təsiri ilə bağlı monitorinq aparmaq niyyətində olduğunu bəyan edib. Yerli ekoloji təşkilatlar təsdiq edirlər ki, Qəbələ RLS-dən çıxan elektromaqnit şüalar həm ətraf mühitə, həm də insan sağlamlığına mənfi təsir göstərir.

Xəbər lenti

Xəbər lenti