...

Rusiyanın sərhədində hərbi təşkilatın görünməsini Moskva təhlükəsizliyinə birbaşa təhlükə kimi nəzərdən keçirir - Putin (video)

Siyasət Materials 4 Aprel 2008 17:29 (UTC +04:00)
Rusiyanın sərhədində hərbi təşkilatın görünməsini Moskva təhlükəsizliyinə birbaşa təhlükə kimi nəzərdən keçirir - Putin (video)

Azərbaycan, Bakı, 04 aprel/ Trend , müxbir A. Qasımova/ Rusiyanın sərhədində hərbi təşkilatın görünməsi Moskva tərəfindən onun təhlükəsizliyinə birbaşa təhlükə kimi nəzərdən keçirilir. Bu gün NATO-nun Buxarestdə keçirilən sammiti çərçivəsində mətbuat konfransında çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib. "Bütün bunların Rusiya əleyhinə yönəlmədiyi haqqında bəyanatlar bizim üçün qənaətbəxş deyil", - Putin bildirib.

"Rusiya və NATO-nun əməkdaşlığı üçün müəyyən maneələr var. NATO -nun davam edən genişlənməsi, yeni üzvlərin ərazisində hərbi infrastrukturun yaradılması, Kosovo və AASM ətrafında böhran, Avropada ABŞ-ın strateji raketdən müdafiə sistemi elementlərinin yerləşdirilməsi planları - bütün bunlar bizim əməkdaşlığımızda etibarın möhkəmlənməsinə xidmət etmir",- prezident qeyd edib.

O əlavə edib ki, ümumi maraqların olduğu sahələrdə NATO ilə əməli əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədirlər. "Lakin bizim əməkdaşlığımızın səmərəliliyi, NATO ölkələrinin Rusiya Federasiyasının maraqlarını nə dərəcədə nəzərə almalarından, Alyansın Avropada və dünyada strateji iqlimi formalaşdıran məsələlər üzrə kompormislərə hazırlığından asılı olacaq", - Putin bildirib.

Xəbər lenti

Xəbər lenti