...

Bakı Moskvaya əsas strateji tərəfdaşı kimi baxır – Azərbaycan hökumətinin Baş nazirinin birinci müavini

Siyasət Materials 4 Aprel 2008 19:16 (UTC +04:00)
Bakı Moskvaya əsas strateji tərəfdaşı kimi  baxır – Azərbaycan hökumətinin Baş nazirinin birinci müavini

Rusiya, Moskva, 04 aprel/ " R.Ağayev/Azərbaycan Rusiyaya özünün əsas strateji tərəfdaşı və qonşusu kimi baxır. Bu barədə Moskvada Azərbaycan hökumətinin Baş nazirinin birinci müavini Yaqub Eyyubov məlumat verib.

"Mən, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmdsədri kimi, çox şadam ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər hər gün, hər il daha da dərinləşir", - cümə günü Eyyubov, İTAR-TASS -ın ofisində Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin yaranmasının 16 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib.

Baş nazirin birinci müavini hesab edir ki, hər iki ölkə həm iqtisadi, həm də sosial aspektlərdə yaxşı inkişaf edirl. "Rusiya və Azərbaycan bizim xalqlarımızın birlikdə və yaxşı yaşamasında maraqlıdırlar", - Eyyubov bildirib.

"Mən, həmsədr kimi, bizim prezidentimiz İlham Əliyevin göstərişləri və proqramını həyata keçirirəm və bu münasibətlərin daha da dərinləşməsi üçün hər bir şeyi edəcəyəm", - Eyybov söyləyib.

Xəbər lenti

Xəbər lenti