...

Rusiya və Azərbaycanın gələcəyə nikbin baxmağa bütün əsasları var – RF XİN rəhbərinin müavini

Siyasət Materials 4 Aprel 2008 20:25 (UTC +04:00)
Rusiya və Azərbaycanın gələcəyə nikbin baxmağa bütün əsasları var – RF XİN rəhbərinin müavini

Rusiya, Moskva, 04 aprel/ " müxbir R.Ağayev/ Rusiya və Azərbaycanın gələcəyə çox yaxşı əhval, nikbinliklə baxmaları üçün bütün əsasları var. Bu gün Moskvada RF xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

"4 aprel tarixi, həqiqətən də, əlamətdardır. 16 il əvvəl suveren Azərbaycan və suveren Rusiya Federasiyası tammiqyaslı dövlətlərarası diplomatik münasibətlər qurublar", - cümə günü Karasin, İTAR-TASS-ın ofisində Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin yaranmasının 16 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib

"O vaxtdan çox hadisələr baş verib, çox şeylər düşünülüb. Həm Rusiya, həm də Azərbaycan özlərinə yenidən baxıb, tərəfdaş rejimində birgə məsləhətləşib və onları əhatə edən dünya ilə qarşılıqlı münasibətlərini necə qurmağı düşünüblər. Biz sadəcə qonşu deyilik. Biz qohumlarıq, bizim Azərbaycan və rus xalqlarının qardaş, tərəfdaş olmalarına, həqiqətən, şahidlik edən nəhəng ümumi tariximiz var", - Karasin bildirib.

Nazir müavininin sözlərinə görə, tərəflər həm iqtisadi, həm də qarşılıqlı mədəni fəaliyyət baxımından çox şey edə biliblər. Lakin Karasinin sözlərinə görə, bütün bunlara iki ölkə liderləri ton veriblər. "Əllbətə, həyat bizim qarşımızda bəzən çox çətin tapşırıqlar qoyur. Onlar geosiyasi problemlər, Cənubi Qafqazda öz həllindən uzaq olan regional problemlərlə bağlıdırılar. Lakin bu, həmişə qarşılıqlı hörmət, anlaşma atmosferində edilir və mən əminəm ki, gələcək Rusiya-Azərbaycan münasibətləri üçün məhz belə atmosfer xarakterik olacaq", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti