...

Aqo qrupu Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsində irəliləyiş qeyd edir (video)

Siyasət Materials 4 Aprel 2008 20:38 (UTC +04:00)
Aqo qrupu Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsində irəliləyiş qeyd edir (video)

Azərbaycan, Bakı, 04 aprel/ Trend , müxbirK.Ramazanova/Azərbaycanın Avorpa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsində irləliləyiş müşahidə edilir. Bu barədə Avropa Şurası Nazirlər Komitəsinin sədri Per Sörgen məlumat verib.

"Seçki Məcəlləsinə və azad toplaşma haqqında Qanuna yenidən baxılması artıq irəliləyişdir", - Sörgen bildirib.

Onun sözlərinə, məhkəmə sistemində böyük irəliləyişlər var. Lakin o, həmçinin, qeyd edib ki, buna baxmayaraq, tərəflərin balanslaşdırılmış qaydada qane edilməsi üçün məhkəmə təhqiqatlarının aparılmasında islahatlar lazımdır.

"Bunun üçün hakim və vəkillərin sayını artırmaq, həmçinin, onların ixtisaslarının artırılması üçün treninqlərin keçirilməsi vacibdir", - o bildirib.

Aİ-nin rəsmi şəxsi əlavə edib ki, Azərbaycanın islhatlar keçirməyə potensialı var. "Azərbaycan iqtisadiyyatı sürətli templərlə iştirak edir, əhalinin təhsil səviyyəsi yüksəkdir və bu, yaxşı gələcəyin göstəricisidir"

Həmçinin, Sörgen qeyd edib ki, Avropa Şurası siyasi məhbuslar üzrə İşçi Qrupunun fəaliyyətini dəstəkləyir. Bu fəaliyyət problem həll edilənədək davam etməlidir", - o bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti