...

2012-ci ilə qədər nə Azərbaycan, nə Rusiya Qəbələ RLS-in icarəsi haqqında müqaviləni dəyişdirmək niyyətində deyil - səfir

Siyasət Materials 5 Aprel 2008 12:18 (UTC +04:00)

Rusiya, Moskva, 04 aprel / Trend , müx. R.Ağayev/ Azərbaycan və Rusiya arasında Qəbələ RLS-in icarəsi haqqında imzalanmış müqavilə 2012-ci ilə qədər qüvvədədir və heç kim onu dəyişdirməyə hazırlaşmır, RLS-in birgə istifadəsi prespektivləri isə Rusiya və ABŞ arasında aparılan danışıqların nəticəsindən asılıdır. Bu bəyanatı Azərbaycanın RF-dakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən mətbuat konfransında Trend in xüsusi müxbirinin Soçidə prezidentlər səviyyəsində keçiriləcək RƏO haqqında Amerika-Rusiya məsləhətləşmələrinin prespektivləri haqqında sualını cavablandırarkən səsləndirib.

Bülbüloğlunun sözlərinə görə, Amerika və Rusiya mütəxəssisləri stansiyaya baş çəkiblər. Səfirin fikrincə, bu məsələ üzrə mütəxəssislər rəy bildirməlidirlər və nəzərə almaq lazımdır ki, Azərbaycan Qəbələ RLS-in sahibidir, belə ki, Azərbaycan prezidenti İlham Əliyev məhz bu mövqeni tam aydın şəkildə bilidirib.

Diplomat xatırladıb ki, Vladimir Putin ABŞ-a Qəbələ RLS-in birgə istifadəsi barədə təklifi etməzdən qabaq, bu məsələni Azərbaycan prezidenti ilə razılaşdırıb. "Rusiya və ABŞ arasında bu məsələ ilə bağlı razılaşma əldə olunarsa, mən burada heç bir problem görmürəm. Azərbaycan milli maraqlarına müvafiq olan bütün qərarları dəstəkləyəcək. 2012-ci ildən sonra Qəbələ RLS-lə bağlı nələr olacağını, biz 2012 -ci ilə yaxın zamanlarda söyləyə bilərik" - deyə Azərbaycanın RF-dakı səfiri qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti