...

İranın 2009-cu ilin sonuna qədər nüvə silahı əldə etmə ehtimalı azdır – britaniyalı ekspert

Siyasət Materials 5 Aprel 2008 13:39 (UTC +04:00)
İranın 2009-cu ilin sonuna qədər nüvə silahı əldə etmə ehtimalı azdır – britaniyalı ekspert

Böyük Britaniya, London / Trend , müxbir Q.Əhmədova / "Mən ABŞ Milli Kəşfiyyat Şurasının (USA National Intelligence Council) İranın 2009-cu ilin sonundan tez nüvə silahı üçün texniki cəhətdən lazımi miqdarda zənginləşdirilmiş uran istehsal etmək iqtidarında olmasına dair hesabatı ilə razıyam". Bu barədə Trend a Londonda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) MAQATE və İran üzrə eksperti Mark Fitzpatrik (Mark Fitzpatrick) bildirib.

"Ən ehtimal olunan dövr 2010-2015-ci illərdir və ya daha gec. Vaxt qrafikinin bütün qiymətləndirmələri üzrə təxmin edilir ki, əgər İran zənginləşdirmə texnologiyasının öhdəsindən gələrsə, o, həmçinin yüksək zənginləşdirilmiş urandan lazımi silahı təhvil etmək üçün texnologiya da əldə edə bilər" - deyə IISS -nın britaniyalı eksperti bildirib.

"İran tərəfindən tez bir zamanda sentrifuq İR-2 kaskadlarının quraşdırılması ictimai nümayiş üçün nəzərdə tutulub və 2008-ci il aprelin 8-nə - Milli Nüvə Texnologiyaları Gününə təyin edilib" - deyə ekspert hesab edir. O, güman edir ki, "İran bu il martın 3-də qəbul olunan BMT Təhlükəsizlik Şurasının sanksiyalarına etinazıslıq nümayiş etdirmək istəyir. Martın 3-də BMT Təhlükəsizlik Şurası Tehranın uranın zənginləşdirilməsi üzrə proqramına qarış yönəldilmiş sanksiyaların III raundunu təsdiq edib. Qətnamə İranın nüvə proqramı ilə əlaqəli olan 12 şirkət və 13 şəxsinin aktivlərinin dondurulmasını nəzərdə tutur, həmçinin dövlətlərdən bu proqram üzrə fəaliyyət göstərən iranlılara münasibətdə "ayıqlıq göstərməy"i və onların səfərlərini qadağan etməyi tələb edir.

Fitzpatrikin sözlərinə görə, İran həmçinin sentrifuk buraxılışını dayandırmaq və ya 3 000 sentrifuq səviyyəsində dayanmaq niyyətində olmadığını göstərmək istəyir. Ekspert əlavə edib ki, qabaqcıl sentrifuqların quraşdırılması normal texniki prosedurları pozur.

Onun rəyinə görə, nüvə sahəsində İranın gücləndirilmiş fəaliyyəti ümumiyyətlə normal deyil. "Beynəlxalq bazarda zənginləşdirilmiş uran yanacağının əldə edilməsinin asan olduğunu nəzərə alsaq, zənginləşdirmə 5-10 reaktora malik dövlətlər üçün iqtisadi əhəmiyyət kəsb etmir. Buna görə nüvə gücünə malik olan bu 30 dünya dövlətinin əksəriyyəti şəxsi zənginləşdirirlmiş uran istehsal etmir" - deyə Fitspatrik əlavə edib.

Onun rəyinə görə, Buşəhrdə reaktor və gələcəkdə tikilməsi planlaşdırlan İranın atom elektrik stansiyaları üçün yanacaq tədarükünü sığortalamaq məqsədi ilə şəxsi uranın lazım olduğunu israr etməklə İran hiylə işlədir. "Uran yanacağının tədarükü üçün bir çox digər vasitələr var. İran son illərdə müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təqdim olunan 10-dan artıq təklifdən öz məqsədləri üçün istifadə edə bilər" - deyə britaniyalı Fitzpatrik bildirib.

Bu günlərdə MAQATE müfəttişləri Vyanada bəyan ediblər ki, İran uranın zənginləşdirilməsi üçün yeni, daha güclü stentrifuqlar quraşdırıb. Diplomatların sözlərinə görə, İran Nətənzdə uranın zənginləşdərilməsi üzrə zavodda 300 ikinci nəsil tsentrifuqları quraşdırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti