...

Ekspertlər Kipr adasını ayıran "Lokmaçı" divarının sökülməsini şərh edirlər - SORĞU

Siyasət Materials 7 Aprel 2008 10:22 (UTC +04:00)
Ekspertlər Kipr adasını ayıran "Lokmaçı" divarının sökülməsini şərh edirlər - SORĞU

Azərbaycan, Bakı, 05 aprel / Trend , müxbir R.Hafizoğlu, E.Tarıverdiyeva/ Kipr adasını 1974-cü ildən yunan və türk hissələrinə bölən "Lokmaçı" divarı iki tərəfin razılaşması nətisəsində aprelin 3-də uçurulub. Eskpertlər Trend un iki sualını cavablandırırlar: Kiprin birləşməsi nə ilə nəticələnə bilər? Adanın birləşməsi tərəflərin bir-birinə güzəşt etməsi kimi qiymətləndirilə bilərmi?

Fəhim Taştekin - Türkiyədəki "Radikal" qəzetinin eksperti, politoloq

- Kipri iki hissəyə ayıran divarın uçurulması Türkiyə və Yunanıstan arasında olan soyuq və gərgin münasibətlərin sona çatması üçün atılan bir addımdır. Kipr Yunanıstan və Türkiyə üçün strategi əhəmiyyət kəsb etsə də, tərəflər normal qonşuluq şəraitində yaşamaq üçün bir-birinə qarşılıqlı güzəştə getməlidirlər. Kiprin birləşməsi ən çox adanın türk əhalisinin maraqlarına xidmət edir.

Kiprin birləşməsi ilə etnik zəmində qısamutddətli iğtişaşların olacağını istisna etmirəm.

Məhəmməd Fatih - Türkiyədəki "VAKİTHABER" qəzetinin direktoru, politoloq

- Kipri iki hissəyə ayıran divarın uçurulması ilə Yunanıstan və Türkiyə bir-birinə qarşılıqlı güzəşt edirlər. Adanın birləşməsi Türk Kiprinin bir dövltət kimi tanınmasını yaxın bir zamanda imkansız etsə də, Türkiyə Kiprin statusu məsələsində böyük güzəştlərə getməyəcək. Adanın birləşməsi ən çox Kiprdəki türklərin mənafeyinə xidmət edir. Yunanıstandan fərqli olaraq Türkiyə regionda daha güclü potensiala malikdir. Adanın birləşməsi ilə Türkiyə yunan tərəfini öz maraqlarında istifadə edə bilər. Kiprdə qısamüddətli etnik qarşıdurmanın olacağını istisna etmirəm.

Çarli Xaralambus - Kiprdə dərc olunan "Ceprus weekly" qəzetinin şərhçisi politoloq

- Adanın birləşməsi iki tərəf üçün də strateji əhəmiyyətə malikdir və tərəflər bir-birinə qarşılıqlı güzəşt edirlər. Kiprin birləşməsi iki tərəf arasında qarşılıqlı əməkdaşlığın başlanması kimi qiymətləndirilməlidir. Adanın birləşməsi hamını qane etmir və təəssüf hissi ilə qeyd edirəm ki, adanın birləşməsi bəzi problemlərə səbəb olacaq.

Svante Kornel - Con Xopkins Universitetinin (ABŞ) professoru, Orta Asiya və Qafqaz araşdırmaları İnstitutunun direktoru

- Kiprin birləşməsi ikitərəfli birgə səylərin nəticəsidir. Amma adanın birləşməsini heç də birmənalı müsbət qarşılamaq olmaz. Hesab edirəm ki, adanın birləşməsi tanınmamış Şimali Kipr Türk Respublikasının statusuna heç bir təsir etməyəcək.

Kiprin birləşməsi adanın türk və yunan icmaları arasında bəzi problemlərə səbəb ola bilər. Hazırda tərəflərin üzərində olan ən mühüm məsələ müharibə nəticəsində öz evlərindən didərgin düşmüş vətəndaşları sosial-məişət baxımdan təmin etməkdir. Bu isə o qədər də asan məsələ deyil.

Tanınmamış Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Mehmet Ali Tələt Türkiyənin "Cumhuriyyət" qəzetinə verdiyi müsahibədə bildirib ki, "Lokmaçı" divarıının uçurulması regionun iqtisadi inkişafına təkan verəcək. "Divarın uçurulması Kipr probleminin həll edilməsi demək deyil. Əsas məsələ divarın uçurulmasından sonra tərəflər arsında münasibətin mühitidir" - deyə o qeyd edib.

1974-cü ildə Kiprdə Afinanın dəstəyi ilə baş verən hərbi çevrilişdən sonra, burada türklərə qarşı soyqırım faktını əsas gətirərək Türkiyə adanın şimalına ordu çıxararaq adanı iki hissəyə böldü. 1983-cü ildə Kiprin türklər yaşayan hissəsi öz müstəqilliyini elan etsə də, ŞKTR-ı Türkiyədən başqa heç bir dövlət tanımayıb.

Məqalənin müəllifi ilə trend ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti