...

Azərbaycan Avroatlantik məkanda təhlükəsizliyin təmin edilməsinə yardım göstərməyə hazırdır

Siyasət Materials 7 Aprel 2008 11:09 (UTC +04:00)
Azərbaycan Avroatlantik məkanda təhlükəsizliyin təmin edilməsinə yardım göstərməyə hazırdır

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir K.Zərbəliyeva/ Azərbaycan Avroatlantik məkanda təhlükəsizliyin təmin edilməsinə yardım göstərməyə hazırdır.

"Əgər Qəbələ Radiolokasiya Sistemi Avroatlantik məkanda təhlükəsizliyin təmin edilsməsinə yardım göstərəcəksə, biz buna şad olacağıq" - deyə bazar ertəsi Bakıda jurnalistlərə Azərbaycan Parlamenti spikerinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Rusiya Azərbaycanın Qəbələ RLS-ni icarə əsasında istifadə edir. Bu, Rusiyanın ballistik raketlərin buraxılışının izlənməsi sisteminin tərkib hissələrindən biridir. Azərbaycanın şimal-qərb hissəsində yerləşən Qəbələ RLS Sovet dövründə SSRİ-nin raket əleyhinə müdafiə sisteminin elementlərindən biri kimi tikilib.

Rusiya prezidenti Vladimir Putin Qəbələ RLS-dən birgə istifadəyə dair ABŞ-a təkliflə çıxış edib. Bununla əlaqədar hər iki ölkənin ekspertləri texniki mahiyyətli bir sıra görüşlər keçiriblər, lakin hələ ki, konkret bir qərar qəbul olunmayıb.

Ötən həftə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Azərbaycanı İran tərəfindən gələn təhlükəyə qarşı mübarizə aparmaq üçün səyləri birləşdirməyə çağırıb.

"Biz İran tərəfindən ABŞ, Avropa və Rusiya üçün təhlükənin olduğunu hiss edirik. Buna görə Azərbaycanı bu təhlükəyə qarşı birgə fəaliyyət göstərməyə çağırırıq" - deyə səfir ABŞ və Rusiya arasında Azərbaycandakı Qəbələ Radiolokasiya Sistemindən istifadəyə dair danışıqları şərh edərkən bildirib.

RLS-in icarəsinə dair on illik müqavilə 2002-ci ildə imzalanıb. 2006-cı ilin əvvəlində Azərbaycan RLS-dən istifadəyə görə icarə haqqının ikiqat - 7 mln.-dan 14,4 mln. dollara qədər artırılmasına dair məsələ qaldırıb.

2004-cü ilin sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi stansiyanın Qəbələ və yaxın rayonlarda yaşayan insanların sağlamlığına və təbiətə elektromaqnit şüalanma təsiri üzrə monitorinq aparmaq niyyətində olduğunu bildirib. Yerli ekoloji stansiyalar təsdiq edir ki, Qəbələ RLS-dən çıxan elektromaqnit şüalar həm ətraf mühitə, həm də insanların sağlamlığına mənfi təsir göstərir.

Xəbər lenti

Xəbər lenti