...

Ukrayna və Gürcüstan NATO-ya daxil olmaq üçün yaxşı şansa malikdir - ekspert

Siyasət Materials 7 Aprel 2008 12:04 (UTC +04:00)
Ukrayna və Gürcüstan NATO-ya daxil olmaq üçün yaxşı şansa malikdir - ekspert

Azərbaycan, Bakı, 06 aprel / Trend / NATO-nun Buxarest sammitinin yekunları heç kimin maraqlarını sıxışdırmadı. Bu barədə Vaşinqtonun Qudzonvsk İnstitutunun Avroasiya problemləri üzrə direktoru Zeyno Baran Azərbaycanın "ANS" telekanalında çıxış edərkən bildirib. Onun sözlərinə görə, bu, Alyansa can atan Ukrayna və Gürcüstan, həmçinin bu təşəbbüsün tərəfini tutan ABŞ və ona əks mövqe tutan Rusiyaya aiddir.

Baranın rəyinə görə, Ukrayna və Gürcüstan razı qalmalıdır. "Düzdür, bu ölkələrə münasibətdə NATO-ya daxil olma prosedurlarının başlanmasına dair qərar qəbul olunmasa da, onlardan qəti surətdə imtina da edilməyib. NATO üzvləri qərara alıb ki, onlar Şimali Atlantika Alyansına üzvlük üzrə Fəaliyyət Planına qoşulma hüququnu mütləq alacaq. Və bu artıq bu il, NATO-nun dekabr sammitində həyta keçə bilər. Ukrayna və Gürcüstanın NATO-ya qoşulma prosedurlarının başlanmasına dair qərarın alınması üçün yaxşı şansı var" - deyə o bildirib.

Rusiyaya gəlincə, onu "Buxarest qərarları" qane edir. Əsas vəzifə - xarici siyasi təsirdən istifadə edərək Alyans üzvləri arasnda ziddiyyət yaratmaq, avropalı müttəfiqlərin köməkliyi ilə Ukrayna və Gürcüstan üzrə qərarların qarşısını almaq, yerinə yetirilib. Həmçinin ABŞ da incik qalmayıb: Bu məsələni gündəliyə çıxaran Vaşinqton onun ilk cəhdlə qəbul olunacağını düşünmürdü.

Baran qeyd edib ki, yeganə əli boş qalan Makedoniya nümayəndə heyəti olub. Çünki Yunanıstan Makedoniya dövlətinin adının dəyişdirilməsini tələb edərək onun NATO-ya daxil olmasına qarşı çıxıb.

Xəbər lenti

Xəbər lenti