...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Siyasət Materials 7 Aprel 2008 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin aprelin 4-də qiyməti 1 barel üçün 105,03 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətdə 1 barel üçün 0,74 dollar azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın aprelin 4-də qiyməti 1 barel üçün 103,7 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,37 dollar azdır.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Aprelin 4-də URALS neftinin qiyməti 1 barel üçün 96,74 dollar təşkil edib. Bu öncəki qiymətdən 0,84 dollar aşağıdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin aprelin 4-də qiyməti 1 barel üçün 102,35 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar azdır.

Xəbər lenti

Xəbər lenti