...

Azərbaycanın iki müxalifət partiyası birləşə bilər

Siyasət Materials 7 Aprel 2008 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend ? müxbir C.Babayeva/ Müxalifəti təmsil edən Azərbaycan Milli Demokrat Partiyası (AMDP) və Azadlıq partiyasının birləşib birgə fəaliyyət göstərməsi mümkündür. Bu fikri bazar ertəsi Trend -a Azadlıq partiyasının sədri Əhməd Oruc bildirib.

Hər iki partiya Demokratiya Uğrunda İttifaq (DUİ) və Demokratik Seçki Mərkəzində təmsil olunur.

Orucun sözlərinə görə, Həmidov kimi siyasi fiqurun siyasətdən getməsi DUİ-nin fəaliyyətinə ciddi təsir göstərəcək.

"Azərbaycanda milli-demokratik dəyərlərin əsas daşıyıcısı olan İsgəndər bəyin siyasətdən uzaqlaşmasından sonra DUİ əvvəlki gücündə olmayacaq",- deyə Oruc qeyd edib.

Partiya sədrinin sözlərinə görə, partiyaların birləşməsi ilə bağlı müzakirələr çoxdan aparılır.

"Hər iki partiyanın platforma və prinsipləri eyni olduğundan, partiyaların birləşməsi mümkündür",- deyə Oruc qeyd edib.

Xəbər lenti

Xəbər lenti