...

AzərbaycanlaTürkmənistan hərbi sahədə əməkdaşlığa başlayır

Siyasət Materials 7 Aprel 2008 16:38 (UTC +04:00)
AzərbaycanlaTürkmənistan hərbi sahədə əməkdaşlığa başlayır

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanla Türkmənistan hərbi sahədə əməkdaşlığa başlayır. "Türkmənistan müdafiə nazirinin Azərbaycana səfərini ikitərəfli hərbi münasibətlərin başlanğıcı kimi qiymətləndirmək olar. Bütün sahələrdə olduğu kimi, Azərbaycanla Türkmənistan hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsini zəruri məsələ kimi həmişə diqqət mərkəzində saxlamalıdırlar", - deyə bazar ertəsi Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkmənistanın müdafiə naziri, ordu generalı Ağagəldi Məmmədgəldiyevlə görüşündə bildirib.

Əbiyevin dəvətilə Türkmənistanın müdafiə naziri bazar ertəsi Bakıya iki günlük rəsmi səfərə gəlib.

Türkmənistanın müdafiə naziri rəsmi səfərinə Fəxri Xiyabanda Azərbaycanın eks-prezidenti lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsi önünə əklillər qoymaqla başlayıb.

Əvvəlcə Müdafiə nazirləri təkbətək, sonra tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşüblər.

Əbiyev qeyd edib ki, son vaxtlar iki ölkə arasında yaranan əməkdaşlıq münasibətləri xalqların mənafeyinə xidmət edir və bunu getdikcə inkişaf etdirməliyik: "Türkmənistan və Azərbayjan qardaş ölkələrdir, tarixi köklərimiz də eynidir. Məhz bu mənəvi amil bizi daha da yaxınlaşmağa sövq edir".

Regionda mövcud hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri bildirib ki, işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına maneçilik törətməkdə davam edir: "Azərbaycan bu vəziyyətlə barışa bilməz. Ya sülh əldə edilməlidir, ya da biz ərazilərimizi başqa vasitələrlə işğaldan azad edəcəyik".

Türkmənistanın müdafiə naziri ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edib.

"Türkmənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və işğal olunan torpaqları Azərbaycanın ayrılmaz hissəsi hesab edir", -deyə Məmmədgəldiyev əlavə edib.

Görüşdə hərbi əməkdaşlığın perspektivləri, Xəzərin statusu və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Səfər sabah başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti