...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

Siyasət Materials 8 Aprel 2008 15:24 (UTC +04:00)
Azərbaycan Qızıl  Aypara Cəmiyyəti İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

Azərbaycan, Bakı, 08 aprel / Trend ", müxbir Q.Cəbiyev/ Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu gün keçirilən 22-ci Baş Məclisində dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Dövlət başçısı Əliyevin prezidentliyə namizədliyi bundan öncə Azərbaycan Həmkarlar Konfederasiyasının martın sonunda kemirilən qurultayında irəli sürülüb.

Qızıl Aypara Cəmiyyətinin Baş Məclisində Əliyevin prezidentliyə namizədliyi səsə qoyularaq yekdilliklə qəbul edilib. Baş Məclisdə cəmiyyətin sədri Novruz Aslan yenidən quruma sədr seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti