...

Türkiyənin parlament missiyası İsrailə gəlib

Siyasət Materials 8 Aprel 2008 15:27 (UTC +04:00)
Türkiyənin parlament missiyası İsrailə gəlib

İsrail, Qüds, 08 aprel/ " , müxbir R.Abdullayev/ Türkiyənin Böyük Millət Məclisinin nümayəndə heyəti beynəlxalq münasibətlər üzrə komissiyanın sədri professor Murat Mercanın rəhbərliyi altında İsrailə gəlib. Bu barədə Trend a bu gün, Türkiyənin İsraildəki səfiri Namik Tan məlumat verib.

Nümayəndə heyəti prezident Şimon Peres, Knesset sədri Daliya İçik, XİN rəhbəri Sipi Livni də daxil olmaqla İsrail rəhbərliyi ilə görüşlər keçirəcək. Tan bildirib ki, nümayəndə heyətinin proqramında həmçinin İsrail Azərbaycanlıları Konqresinin nümayəndələri ilə görüş var.

Bu gün Mercan Tel-Əviv universitetində çağırışlar və Türkiyənin daxili və xarici siyasətinin perspektivlərinə həsr olunmuş mühazirə ilə çıxış edəcək.

Səfir bildirib ki, nümayəndə heyətinin səfərinin əsas məqsədi İsrail və Türkiyə arasında strateji tərəfdaşlığın hazırkı səviyyəsinin müzakirəsi, təhlükəsizlik və terrorla mübarizə sahəsində Qüds və Ankaranın siyasətinin koordinasiya edilməsi məsələləridir. Bununla yanaşı, İsrailin İranın nüvə proqramı ilə əlaqədar dərin təlaşı və ehtiyatı müzakirə ediləcək.

"Bu gün İsrail və Türkiyə arasında ciddi və hərtərəfli strateji əməkdaşlığın olması faktdır. Bu əməkdaşlıq ən yüksək siyasi səviyyədə bütün qarşılıqlı fəaliyyət, qarşılıqlı münasibətlər sahələrini əhatə edir, daimi hərbi-siyasi əməkdaşlıq mövcuddur. İsrail və Türkiyə arasında iqtisadi münasibətlər ən yüksək səviyyədədir. Türkiyə və İsrail arasında ticarət dövriyyəsi 3 mlrd. dollar təşkil edir", - Tan bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti