...

Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət nazirləri Bakıda toplaşacaq

Siyasət Materials 8 Aprel 2008 20:13 (UTC +04:00)

Fransa, Strasburq, 08 aprel/ Trend , müxbir A. Məhərrəmli/ Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirləri Bakıda toplaşacaqlar. Bu barədə Trend a çərşənbə axşamı eksklüziv müsahibəsində Avropa Şurasının Təhsil, Mədəniyyət, İrs, Gənclər və İdman üzrə Baş direktoru Gabriella Battaini-Dragoni məlumat verib. O qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqda önəmli rol oynamaq üçün xüsusi yerə və mövqeyə malikdir. Buna görə biz ilk dəfə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin, Ərəb dövlətləri Liqasına üzv dövlətlərin, eləcə də digər qonşu dövlətlərin mədəniyyət nazirlərinin iştirakı ilə 2008-ci il noyabrın 10-12-də Bakıda "Mədəniyyətlərarası dialoq" mövzusunda konfrans keçiriləcək. Bu tədbir Avropalı nazirlərlə yanaşı, Yaxın Şərqin və Aralıq dənizi hövzəsi ölkələrinin mədəniyyət nazirlərinin bir araya gəlməsinə imkan verəcək. Azərbaycan tərəfindən bu cür siyasi təşəbbüsün irəli sürülməsi deməyə əsas verir ki, Azərbaycan mənsub olduğu Avropa Şurası və ona qonşu dövlətlərin arasında körpü rolunu oynaya bilər.

Bu gün Strasburqda Mədəniyyətlərarası dialoqun dini müstəvisi üzrə müxtəlif dini icmaların nümayəndələrinin, elm xadimlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştiraki ilə iclas keçrilir.

Xəbər lenti

Xəbər lenti