...

Azərbaycan XİN başçısının Latviyaya səfərinə hazırlıq görülür

Siyasət Materials 9 Aprel 2008 14:01 (UTC +04:00)
Azərbaycan XİN başçısının Latviyaya səfərinə hazırlıq görülür

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir S.Ağayeva/ Aprel ayının sonunda Riqa şəhərində Azərbaycan və Latviya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Danışıqlar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 23-24-də Latviyaya rəsmi səfəri zamanı aparılacaq. Bu barədə Trend a çərşənbə günü Latviyanın Azərbaycandakı səfirliyinin üçüncü katibi Marçiz Maksims məlumat verib.

Səfər zamanı siyasi və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatlarda əməkdaşlıq və münasibətlər, həmçinin Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyası və islahatların aparılması üzrə Latviya ilə təcrübə mübadiləsi kimi məsələlər müzakirə olunacaq.

Azərbaycan XİN başçısının Riqada GUAM çərçivəsində əməkdaşlığın inkişaf məsələlərini də müzakirə edəcəyi gözlənilir.

Diplomat bildirib ki, səfər zamanı nazirin latviyalı həmkarı, Parlament spikeri və Latviya prezidenti ilə görüşlər keçirməsi planlaşdırılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan

Xəbər lenti

Xəbər lenti