...

Ankara İsrail parlamentində "erməni soyqırımı haqqında" məsələnin müzakirə edilməsinin əleyhinədir – yüksək vəzifəli türkiyəli parlamentari

Siyasət Materials 9 Aprel 2008 16:21 (UTC +04:00)

İsrail, Qüds, 09 aprel/ " müxbir R.Abdullayev/ Rəsmi Ankara İsrail parlamentində "erməni soyqırımı haqqında" məsələnin müzakirə edilməsinin əleyhinədir. Belə ki, bunun Türkiyə və İsrailin strateji münasibətlərinə zərər yetirəcəyini hesab edir.

""Erməni soyqırımı" haqqında məsələ Türkiyə ictimaiyyəti üçün çox prinsipial və hissiyatlıdır. Biz çox istərdik ki, bu məsələ İsrail parlamentində müzakirə edilməsin", - Türkiyə parlamentinin beynəlxalq münasibətlər üzrə komissiyasının sədri Murat Mercan çərşənbə günü Trend -a bildirib.

İsrail Knesseti martın 26-da Osmanlı imperiyasında 1915-1917-ci illərdə "erməni soyqırmı"-nın tanınması haqqında təşəbbüsü parlament komissiyalarından birinin müzakirəsinə vermək haqqında qərar qəbul edib. Erməni tarixçilərinin məlumatına görə, bu hadisələrdə yarım milyona qədər erməni həlak olub. Ötən ilin mayında analoji təşəbbüs Knesset tərəfindən rədd edilib.

Mercan bildirib ki, İsrail siyasi isteblişmentinin mövqeyi Ankaranı kifayət qədər qane edir. "Biz həm İsrail prezidenti, həm Knessetin spikeri, həm Baş nazir, həm də XİN rəhbəri ilə görüşdük. Bütün bu görüşlər zamanı bizim nümayəndə heyəti rəsmi İsrail rəhbərliyinin bu problemə mövqeyinə böyük anlamla yanaşıb. Biz problemə aydın şəkildə və ağılla yanaşdığına görə İsrail rəhbərliyinə minnətdarıq", - türkiyəli parlamentari əlavə edib.

Mercan qeyd edib ki, Türkiyə hökumətinin rəhbəri Rəcəb Tayyip Ərdoğan artıq Ermənistan rəhbərliyinə ermənilərin "soyqırım" haqqında iddiaları ilə əlaqdar tarix tədqiqatçılarının beynəlxalq komissiyasını yaratmağı təklif edib. Lakin indiyədək rəsmi cavab gəlməyib. "Bizim israilli dostlarımızdan isə, bəzi İsrail siyasətçilərinə bir anlıq siyasi həvəsə əsaslanaraq, tarix "yazmamağı", bunun İsrail və Türkiyə arasındakı strateji tərəfdaşlığa zərər yetirə biləcəyini aydınlaşdırmağı xahiş etdik", - professor Mercan bildirib.

Ermənistan Ankaranı yarım milyon erməninin soyqırımında ittiham edir və öz lobbisinin səylərinin yardımı ilə, məsələni müxtəlif ölkələrin parlamentlərinin müzakirəsinə qaldırır. Ankara bunun tarix məsələsi olduğunu və hadisələrin müasir Türkiyədə baş vermədiyini bildirərək, bu ittihamları rədd edir.

Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər yoxdur, Ermənistan-Türkiyə sərhəddi 1993-cü ildən bağlıdır. İkitərəfli münasibətlərin yaradılması üçün Ankara Ermənistanı "erməni soyqırımının tanınması" beynəlxalq siyasətindən, ölkə Konstitutsiyasında öz əksini tapmış ərazi iddialarından imtina etməyə, həmçinin, Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti