...

Azərbaycan RLS Avropada Amerikanın RƏM sistemlərinə əlavə ola bilər – ekspertlər

Siyasət Materials 9 Aprel 2008 17:53 (UTC +04:00)

Rusiya, Moskva, 09 aprel / Trend , müxbir E. Tarıverdiyeva, R. Ağayev / Azərbaycandakı Qəbələ Radiolokasiya Stansiyası Avropada Amerika raket əleyhinə müdafiə (RƏM) sistemi elementlərinin yerləşdirilməsi üzrə Vaşinqtonun planlarına çox güman ki, əvəz deyil, əlavə olacaq.

"Azərbaycandakı Qəbələ RLS Polşa və Çexiya Respublikaları üçün nəzərdə tutulan RƏM sistemlərinə əvəz deyil, əlavə olacaq" - deyə amerikalı ekspert Çarlz Kapçan hesab edir.

ABŞ İran və Koreya Xalq Demokratik Respublikası tərəfindən zərbələrin qarşısının alınması üçün Polşa və Çexiyada raket əleyhinə müdafiə sistemlərini yerləşdirməyi planlaşdırır. RƏM sistemlərinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi Kreml tərəfindən ölkənin təhlükəsizliyinə təhdid hesab olunur və Moskva ABŞ-a alternativ - Azərbaycandakı Qəbələ RLS, həmiçnin, Rusiyanın cənubunda yerləşən Armavirdə tikilməkdə olan raket buraxılışlarının qarşısının alınması üzrə stansiyadan birgə istifadə etməyi təklif edir. Ötən həftə Soçidə ABŞ və Rusiya prezidentləri problemi yenidən müzakirə ediblər.

Corctaun Universitetinin (Vaşinqton) professoru, ABŞ -ın Milli Təhlükəsizlik Şurasının eksperti Kapçan çərşənbə günü elektron poçt vasitəsilə Trend a bildirib ki, ABŞ və Rusiya raket əleyhinə müdafiə üzrə konstruktiv müzakirələr aparıb. Müzakirələr Rusiya və ona qonşu ölkələrin bu sistemdə iştirakı yollarının öyrənilməsini əks etdirir. "Soçidə Buş və Putin arasında görüş son zamanlar Moskva və Vaşinqton arasında müşahidə olunan yaxşı münasibətlərlə əlaqədar mehribanlıq şəraitində keçib" - deyə Kapçan hesab edir.

"Bu aspektdən aydın olur ki, Azərbaycandakı RLS, ola bilsin ki, hansısa formada sistemə qoşulacaq ki, bu da yekunda Avropada RƏM-in inkişafına gətirib çıxaracaq" - deyə ekspert bildirib. Kapçanın sözlərinə görə, bu görüşün əsas müsbət anı Rusiya-Amerika münasibətlərinin əsas məsələləri üzrə fikir ayrılığının olamaması olub. "Görüş zamanı ABŞ və Rusiya arasında yüksək səviyyədə imzalanan müqavilə "strateji çərçivədə" izah olunub. Lakin yenə də raket əleyhinə müdafiə sistemləri, silahlanmaya nəzarət, nüvə silahlarının yayılması və digər məsələlər həll edilməmiş qalır" - deyə ekspert bildirib.

Rusiyalı ekspert Mixail Remezovun rəyinə görə, Rusiyaın kiçik fasilədən sonra Qəbələ RLS-ə dair təklifi Vaşinqton tərəfindən kifayət qədər normal qəbul olunub. "ABŞ bu variantı Avropada RƏM sistemlərinə alternativ kimi deyil, əlavə qisimndə nəzərdən keçirməyə hazır olduğunu qeyd edib" - deyə çərşənbə günü Trend a Moskvada Rusiyanın Milli Strategiya İnstitutunun prezidenti Remezov bildirib.

Analitikin rəyinə görə, mühüm hərbi-texniki rolu və geostrateji mövqeni nəzərə almaqla, ABŞ bu obyektlərdən istifadə edə bilər, lakin onun bunu Rusiya ilə birgə edəcəyi sual altındadır.

"Rusiyanın ABŞ-ın RƏM üzrə mövqeyini bu və ya digər formada tanıma ehtimalı olduqca böyükdür. Çünki Moskvanın siyasi-müzakirə mövqeyi real olaraq zəifləyib və yaxın gələcəkdə hakimiyyət t dəyişikliyi ilə əlaqədar daha da zəifləyəcək. Beynəlxalq mövqenin zəifləməsi - hakimiyyət dəyişikliyinin qanunauyğun nəticəsidir, xüsusilə də Rusiyada olduğu kimi, kifayət qədər zəif beynəlxalq-siyasi sistemdə. Digər tərəfdən, ABŞ-ın bəyanatlarından görünür ki, o, Rusiya tərəfinə bu tanınmada öz simasını saxlamağa imkan verir. Məsələn, Rusiya həmin RƏM üzrə hansısa formada əməkdaşlığa buraxılacaq" - deyə ekspert bildirib və əlavə edib ki, bu əməkdaşlığın nədən ibarət olacağı hələlik müəyyən olunmayıb.

Lakin ümumilikdə mən əminəm ki, bu əməkdaşlıq Rusiyaya qarşı da yönələ bilər" - deyə Remezov bildirib.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Stiven Hedli bazar günü ABŞ və Rusiya liderləri arasında keçirilən görüşdən sonra bildirib ki, Rusiya və ABŞ prezidentləri RƏM probleimnin müzakirəsini öz varislərinə saxlaya bilərlər.

ABŞ Dövlət Katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Deniel Frid bazar ertəsi bildirib ki, ABŞ RƏM sahəsində "Rusiya ilə gələcək qarşılıqlı fəaliyyət üçün bütün imkanları görür". İTAR-TASS xəbər verir ki, diplomatın sözlərinə görə, bu deyilənlər "həm Qəbələ obyekti, həm Amerikanın Polşa və Çexiyada gələcəkdə tikiləcək obyektlərinə", həm də NATO və Rusiya ilə əməkdaşlığın perspektivlərinə aiddir.

Xəbər lenti

Xəbər lenti