...

Müsavat Partiyası Seçki Məcəlləsinə dəyişikliklərdə Parlamentin müxalifətin təkliflərini nəzərə alacağına ümid edir

Siyasət Materials 10 Aprel 2008 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın müxalif Müsavat Partiyası Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklərdə müxalifətin təkliflərinin nəzərə alınacağına ümid edir. "Parlamentdə müzakirələr başlamayıb və hər hansı qərar yoxdur. Ona görə də Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərdə müxalifətin təkliflərinin nəzərə alınması mümkündür" cümə axşamı Trend a açıqlamasında müxalifəti təmsil edən Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Azərbaycanın seçki komissiyaları Parlamentdə çoxluq təşkil edən, azlıqda qalan siyasi partiyaların və bitərəf deputatların nümayəndələrindən formalaşdırılır. Mərkəzi Seçki Komissiyasının 18 nəfər üzvü var. Müxalifət partiyaları isə seçki komissiyalarının hakimiyyət və müxalifət nümayəndələrinin iştirakı ilə paritet əsasda formalaşdırılmasını tələb edir.

Avropa Şurasının Venesiya Komissiyası da seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı təkliflər verib.

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna təklif olunan dəyişiklikdə isə böyük şəhərlərin icra hakimiyyəti orqanlarının qarşısında mitinq və piketlərin keçirilməsinin qadağan olunması nəzərdə tutulub. Müxalifət isə bununla razılaşmır.

Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə dəyişikliklər Milli Məclisin müzakirəsinə təqdim olunub.

Qəmbər qeyd edib ki, Parlamentdə müzakirələr başa çatandan sonra Müsavat Partiyasının Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təkmilləşdirilməsi istiqamətində mübarizəsi davam edəcək.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan Parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya dörd deputatla Parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti