...

Azərbaycan müxalifəti seçki komissiyaları tərkibinin paritet əsasda formalaşdırılmasına nail olmaqla təxribat törətmək istəyir-birinci vitse-spiker

Siyasət Materials 10 Aprel 2008 16:07 (UTC +04:00)
Azərbaycan müxalifəti seçki komissiyaları tərkibinin paritet əsasda formalaşdırılmasına nail olmaqla təxribat törətmək istəyir-birinci vitse-spiker

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycan parlamentinin birinci vitse-spikeri hesab edir ki, müxalifət seçki komissiyalarının tərkibinin paritet əsasda formalaşdırılmasına nail olmaqla təxribat törətmək istəyir. "Seçki komissiyalarının paritet əsasda formalaşdırılmasını 2000-ci il parlament seçkisində tətbiq edəndə, müxalifət Mərkəzi Seçki Komissiyasının işini iflic vəziyyətinə saldı"- cümə axşamı jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

2000-ci il parlement seçkisində MSK üzvlərinin yarısı müxalifətdən təmsil olunurdu. Seçki zamanı müxalifət partiyaları MSK-nın iclaslarından imtina etmişdi.

Azərbaycanın seçki komissiyaları parlamentdə çoxluq təşkil edən, azlıqda qalan siyasi partiyaların və bitərəf deputatların nümayəndələrindən formalaşdırılır. Mərkəzi Seçki Komissiyasının 18 nəfər üzvü var.

Müxalifət partiyaları isə, seçki komissiyalarının hakimiyyət və müxalifət nümayəndələrinin iştirakı ilə paritet əsasda formalaşdırılmasını istəyir.

Avropa Şurasının Venesiya Komissiyası da seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı təkliflər verib.

Əsgərov deyib ki, müxalifətin MSK-nın tərkibinin paritet əsasda formalaşdırılmasını istəməsində məqsəd heç də seçkilərin şəffaf keçməsinə hesablanmayıb. Onun fikrincə, müxalifətin məqsədi 2000-ci il parlament seçkisindəki təxribatı bu dəfə də törətməkdir.

Parlament rəsmisi bildirib ki, ölkədə seçkilərin şəffaf, ədalətli keçməsinə beynəlxalq təşkilatlar yox, Azərbaycan hökuməti məsuliyyət daşıyır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti