...

Lənkəranda kustar  üsulla  istehsal edilmiş saxta dərmanlar məhv edilib

Siyasət Materials 10 Aprel 2008 22:43 (UTC +04:00)

Azərbaycan, Lənkəran. 10 aprel / Trend müxbir P.Əliyeva/ Bu gün Lənkəranda kustar  üsulla  istehsal edilmiş külli miqdarda - bir yük maşın dolusu 100 addan artıq saxta dərman preparatları, ləvazimatları, etiketlər, şüşə və plastik dərman qabları, tıxaclar, xüsusi tərkibli maddələr və s. rayonun Icra hakimiyyətin və  hüquq mühafizə orqanlarının nümayəndələrindən ibarət yaradılmış komissiya üzvlərinin və rayon sakinlərinin iştirakı yandırılaraq məhv edilib. Dərmanların əksəriyyəti qaraciyər, göz və uşaq xəstəliklərinə aid olub.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin ötən il Lənkəranda keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində rayon sakini Hacıyev Rafiq Əlibaxış oğlunun Siyavar kəndindəki evinə baxış zamanı adı çəkilən dərmanlar və digər  şeylər aşkar edilərək götürülmüşdü.

2008-ci il fevralaın 12-də məhkəmənin hökmü ilə Hacıyev Rafiq Əlibaxış oğlu Cinayət məcəlləsinin 192.1, 200.1.2.3, 308.1 maddələri ilə (2 il ) məhkum edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti