...

Rusiya bir qədər əvvəl Polşa, Çexiya, Macarıstanın NATOya daxil olmasını istəmədiyi kimi indi Gürcüstanın və Ukraynanın əleyhinə çıxır – Robert Simon

Siyasət Materials 12 Aprel 2008 01:17 (UTC +04:00)
Rusiya bir qədər əvvəl Polşa, Çexiya, Macarıstanın NATOya daxil olmasını istəmədiyi kimi indi Gürcüstanın və Ukraynanın əleyhinə çıxır – Robert Simon

Qazaxıstan, Astana, 11 aprel / Trend müxbir K.Konırova/ Rusiyanın etirazlarına baxmayaraq, Gürcüstan və Ukrayna NATOnun üzvü ola bilərlər. Bu barədə, NATOnun Orta Asiya və Qavqaz üzrə xüsusi nümayəndəsi Robert Simon Astanada Trend un xüsusi müxbirinin sualını cavablandırarkən bildirib.

"Məlum olduğu kimi, NATOnun Şərqi Avropada birinci genişlənmə dalğasında Rusiya Polşanın, Çexiyanın, Macarıstanın alyansa daxil olmasına etiraz etmişdir. Etiraz etmişdir, ne olsun? Bu ölkələr alyansın üzvü oldu. Həmin şey Gürcüstan və Ukrayna ilə olacaq", - Robert Simon bildirib.

O onuda qeyd etdi ki, NATOya üzvlük, ayrıca götürülmüş dövlətdən yox, alyans ölkələrindən asılıdır.

Gürcüstanın və Ukraynanın NATOya daxil olmasından sonra Rusiya ilə əlaqələri hansı istiqamətdə quracaqsınız sualına Simon belə cavab verdi:

"Rusiya və NATO münasibətlərinin uçuşları və enişləri olub. Bizim razılaşmadığımız bəzi məsələlər var, misal üçün RM və genişlənmə, amma, problemləri müzakirə edə biləcək və inkişaf etmək üçün "Rusiya-NATO" ittifaqı yaşayır".

Xəbər lenti

Xəbər lenti