...

Azərbaycanda qəzaya uğramış MİQ-29-un "qara qutu"sunun oxunması bir neçə aya başa çatacaq

Siyasət Materials 14 Aprel 2008 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda qəzaya uğramış MİQ-29 qırıcı təyyarəsinin "qara qutu"su Azərbaycanda oxunur. Bu barədə bazar ertəsi jrnalistlərə Respublikanın hərbi prokuroru Xanlar Vəliyev məlumat verib.

Yanvarın 29-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi təlim uçuşu keçirərkən qəzaya uğrayıb. Nəticədə təyyarədə olan hər iki pilot-Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub.

Vəliyev bildirib ki, hadisənin baş vermə səbəbləri "qara qutu"da oxunma başa çatdıqdan sonra məlum olacaq. Onun sözlərinə görə, "qara qutu"nun oxunması çətin prosedur olduğundan prosesin başa çatdırılması bir müddət çəkəcək. Vəliyev deyib ki, qəzaya uğramış MİQ-29-un "qara qutu"sunun oxunması 6-8 ay müddətinə başa çata bilər. Onun sözlərinə görə, "qara qutu" daimi olaraq mütəxəssislər tərəfindən oxunur.

MİQ-29 tipli təyyarələri müxtəlif illərdə təlim uçuşu həyata keçirərkən Rusiya, Malayziya, Peru, Slovakiya və Ermənistanda da qəzaya uğrayıb. MİQ-29 təyyarəsi Rusiya istehsalıdır və 1971-ci ildən istehsal olunur, dördüncü nəslə aiddir. MİQ-lər Azərbaycan hava sərhədlərini qorumaq və hava döyüşlərində üstünlük qazanmaq üçündür.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti