...

AŞ PA Ermənistandakı böhranla əlaqədar təcili müzakirələr keçirəcək

Siyasət Materials 14 Aprel 2008 16:40 (UTC +04:00)
AŞ PA Ermənistandakı böhranla əlaqədar təcili müzakirələr keçirəcək

Fransa, Strasburq, 14 aprel / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının cümə axşamı keçiriləcək plenar iclasında Ermənistanda prezident seçkilərindən sonra yaranmış böhranla bağlı təcili müzakirələr keçiriləcək. Bu barədə bazar ertəsi Azərbaycanın AŞ PA - da parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Starasburqda jurnalistlərə məlumat verib.

Seyidov bildirib ki, Ermənistan hökuməti və müxalifəti arasında 19 fevral prezident seçkilərindən sonra yaranmış böhran və mitinqin dağıdılması zamanı 28 müxalifətçinin ölümü bu gün AŞ PA Bürosunda müzakirə olunub. Bu, ciddi məsələdir və iclasda onunla bağlı müzakirələrin aparılmasının vacibliyi qeyd olunub,- Seyidov əlavə edib.

Azərbaycan deputatı qeyd edib ki, Strasburqda Azərbaycan hökuməti və müxalifətin dialoqu ilə bağlı hər hansı məsələnin müzakirəsində, adətən,qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət olunur. Ermənistanla bağlı hallarda isə, bu edilmir. AŞ PA-da keçiriləcək Ermənistanla bağlı müzakirələr çox mühümdür, belə ki, bu, Azərbaycan və Ermənistan münasibətlərində "ikili standartlar"ın tətbiqi prinsipindən yayınmaq nümayiş etdirə bilər,- deyə Seyidov bildirib.

Ermənistandakı vəziyyət bütünlüklə Starsbuqda bazar ertəsi keçirilən AŞ PA-nın yaz sessiyasının gündəliyinə salınıb.

Xəbər lenti

Xəbər lenti