...

Bakı və Tehran Xəzərin statusu üzrə növbəti dəfə danışıqlar aparacaq

Siyasət Materials 14 Aprel 2008 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir K.Ramazanova/ Aprelin 15-16-da Tehran şəhərində Xəzərin statusunun müəyyən edilməsi üzrə işçi qrupun görüşü keçiriləcək. Bu barədə bazar ertəsi mətbuat konfransında Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim məlumat verib.

Azərbaycan tərəfinə xarici işlər nazirinin müavini, işçi qrupun rəhbəri Xələf Xələfov başçılıq edəcək. Görüş zamanı tərəflər Xəzərin statusu üzrə Konvensiyanın razılaşdırılmamış bəndlərinə dair fikir mübadiləsi aparacaqlar.

Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məsələsi SSSR dağıldıqdan sonra yaranıb. 1991-ci ilə qədər o, sahilyanı dövlətlər - İran və Sovet İttifaqı arasında razılaşma əsasında müəyyən edilib. 1998-ci ilin iyulunda Qazaxıstan və Rusiya, Xəzərin dibinin suveren hüquqlar əsasında istifadə edilməsi üçün, Xəzər dənizinin şimal hissəsinin dibinin bölüşdürülməsinə dair müqavilə bağlayıblar. 2002-ci ilin may ayında isə, tərəflər bu müqavilə üzrə protokol imzalayıblar. Analoji sənədlər 2001-ci ilin noyabrında və 2003-cü ilin fevral ayında Qazaxıstan və Azərbaycan arasında da imzalanıb.

Xəzəryanı dövltlər 2003-cü ilin noyvbr ayında Xəzərin dəniz mühitinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə konvensiyası imzalayıblar.

Qazaxıstan, Azərbaycan və Rusiya arasında 2003-cü ilin may ayında Xəzər dənizinin dibinin

qonşu sahələrinin sərhəd xətlərinin ortaq nöqtələrinin müəyyən olunmasına dair müqavilə bağlayıblar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti