...

AŞPA-nın komitəsi Azərbaycanın işğal olunan ərazilərində mədəni irsin dağıdılması məsələsini araşdıracaq

Siyasət Materials 14 Aprel 2008 18:20 (UTC +04:00)

Fransa, Strasburq, 14 aprel / Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, Elm və Təhsil Komitəsi Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində mədəni irsin dağıdılması məsələsini araşdıracaq. AŞPA Bürosunun bazar ertəsi keçirilən iclasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın təqdim etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsin dağıdılması ilə bağlı" tövsiyə xarakterli qətnamə layihəsi müzakirə olunub və baxılmaq üçün AŞPA-nın Mədəniyyət, Elm və Təhsil Komitəsinə gödərilib,- bu haqda məlumat Büronun "İnkişaf raportu"nda yer alıb.

Paşayeva qətnamə layihəsini AŞPA-nın yanvar sessiyasında təqdim edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək? Şuşa və Xocalı istisna olmaqla? Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə? Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Büro Ermənistan nümayəndə heyətinin yanvar sessiyasında Türkiyədə erməni mədəni abidəlerinin vəziyətinə dair faktaraşdırıcı missiyanın göndərilməsi ilə bağlı qaldırdığı məsələyə də baxıb. Bu məsələ də AŞPA-nın Mədəniyyət, Elm və Təhsil Komitəsinə göndərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti