...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Siyasət Materials 14 Aprel 2008 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend / Cari ilin aprel ayının 15-də saat 11:00-dan 12:30-dək, Bakı Fond Birjasında qeydiyyat №-si 10301720S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında bildirilir.

DQİ-nın ümumi həcmi 5 000 000 AZN, bir istiqrazın nominal dəyəri 200 AZN, istiqrazların tədavül müddəti 182 gün, ödəmə tarixi 14 oktyabrdır.

Hərrac zamanı, DQİ buraxılışının? 20%-dan artıq olmamaq şərti ilə? qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti