...

Azərbaycanda narkotik vəziyyəti əks etdirən analitik hesabat hazırlanacaq

Siyasət Materials 15 Aprel 2008 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir K.Zərbalıyeva/ "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" Regional Yardım Proqramının (SCAD) 5-ci mərhələsi fəaliyyətə başlayıb.

Çərşənbə axşamı proqramın təqdimat mərasimində çıxış edən proqramın Azərbaycan üzrə əlaqələndiricisi Məzahir Əfəndiyev bildirib ki, 2 il müddətində fəaliyyət göstərəcək SCAD-5 çərçivəsində həyata keçiriləcək tədbirlər üçün Avropa İttifaqı 750 min dollar vəsait ayırıb.

Layihənin fəaliyyət istiqamətləri barədə məlumat verən Əfəndiyev bildirib ki, iki il müddətində qanunvericiliyin təkmilləşdirilməsi, hakim və prokurorluq əməkdaşları üçün təlimlərin təşkili, narkotiklərlə bağlı epidimiologiyanın aparılması, respublika üzrə narkotik vəziyyəti əks etdirən analitik hesabatın hazırlanması, epidimioloji araşdırmaların aparılması, şəbəkəyə daxil olan məlumatların təhlili, narkotiklərin profilaktikası, maarifləndirmə və təbliğat, hüquq-mühafizə orqanları arasında regional əməkdaşlıq nəzərdə tutulub.

SCAD Proqramı 2001-ci ildə Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti arasında imzalanmış sazişə əsasən, 6 ildən artıqdır ki, fəaliyyət göstərir.

İndiyədək Proqramın 4 mərhələsi həyata keçirilib və layihə çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparan hüquq-mühafizə orqanlarına maddi və texniki yardım göstərilib. Layihənin 5 mərhələsinə ümumilikdə 2 milyon avro vəsait ayrılıb.

Narkotiklərin qanunsuz dövriyyəsi, narkomaniya ilə mübarizə istiqamətində 2000-2006-cı illərdə birinci Dövlət Proqramı, 2007-2012-ci illəri əhatə edən ikinci Dövlət Proqramı qəbul edilib. Ali Məhkəmə tərəfindən 2002-2006-cı illərdə baxılmış cinayət işləri üzrə cinayətlərin təhlili aparılıb.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti