...

Azərbaycan prezidenti Ukraynanın səfirini qəbul edib

Siyasət Materials 15 Aprel 2008 13:58 (UTC +04:00)

Azərbacycan, Bakı, 15 aprel / Trend / Azərbaycan prezidenti İlham Əliyev aprelin 15-də Prezident sarayında Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Stepan Volkavetskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Volkavetski Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin səviyyəsinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, siyasi və humanitar sahələrdə uğurla inkişaf etdiyini söyləyib.

Prezident Əliyev ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə dinamik surətdə inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı səfirin ölkəmizdə diplomatik fəaliyyəti dövründə əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verdiyini qeyd edib və iki ölkə arasında münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti