...

Vladimir Putin "Vahid Rusiya" partiyasının sədri oldu (video)

Siyasət Materials 15 Aprel 2008 14:11 (UTC +04:00)
Vladimir Putin "Vahid Rusiya" partiyasının sədri oldu (video)

Rusiya, Moskva, 15 aprel / " , müxbir A.Qasımova, R.Ağayev/ Vladimir Putin bu gün üzvlərinin sayına görə üstünlük təşkil edən "Vahid Rusiya" partiyasının sədri seçilib, beləliklə də Rusiya hökumətinə başçılıq edəcək. Çərşənbə axşamı "vahid rusiyaçılar"ın Moskvada keçirilən qurultayında Putin buna razılıq verib və partiyanın sədri vəzifəsinə seçilib.

Partiya üzvləri Putinin partiyanın sədri vəzifəsinə namizədliyini yekdilliklə qəbul ediblər. Kremlyönlü "Vahid Rusya" qurultayının nümayəndələri bazar ertəsi yekdilliklə partiya Nizamnaməsinə prezident postunu tərk edən Putinin partiya sədri olmasına imkan verən düzəliş ediblər.

Putin varisi Dimitri Medvedyev prezident vəzifəsində olduğu dövrdə hökumətə rəhbərlik etmək niyyətindədir. Bəzi analitiklər hesab edirlər ki, keçmiş prezidentin partiyaya daxil olması partiyalı hakimiyyət yaradan Konstitusiya islahatlarının ekvivalentidir.

"Vahid Rusiya" Putinə 2007-ci ilin dekabrında Dövlət Dumasına seçkilər öncəsi partiyaya daxil olmaq və ona rəhbərlik ermək barədə artıq təklif vermişdi. O zaman prezident bu təklifdən imtina etmiş, lakin partiyanın seçki siyahısında birinci yeri tutmağa razılıq vermişdi.

"Vahid Rusiya" - Rusiya Federasiyasının siyasi partiyasıdır. Partiya "Birlik və Vətən - Vahid Rusiya" Ümumrusiya siyasi partiyası kimi "Birlik" (lider-Serqey Şoyqu), "Vətən" (Yuri Lujkov) və "Vahid Rusiya" (Mintimer Şaymiyev) ictimai-siyasi birliyinin 2001-ci il dekabrın 2-də keçirilən təsis qurultayında yaradılıb. Ötən il Dövlət Dumasına keçirilən seçkilərdə partiyanın seçki siyahısına və onun siyasi kursuna, partiya üzvü olmamasına rəğmən, fəaliyyətdə olan prezident Putin rəhbərlik edib.

"Vikipedia" ensiklopediyasının məlumatına görə, bu seçkilərin nəticəsində Rusiyada əvvəllər dominantlıq edən partiya tərəfindən yaranan siyasi sistem daha da möhkəmləndi. Belə ki, hakim partiya olan "Vahid Rusiya" müxalifətin rəyi nəzərə alınmadan istənilən qərarı fərdi olaraq qəbul etmək üçün kifayət qədər üzvə malikdir.

Baş nazir Medvedyev martın 2-də keçirilən seçkilərdə Rusiya prezidenti seçilib. İnauqurasiya mərasimi maıyın 7-nə təyin olunub.

Xəbər lenti

Xəbər lenti