...

Dmitri Medvedyev "Vahid Rusiya"nın təklifini qəbul etməyib (video)

Siyasət Materials 15 Aprel 2008 15:10 (UTC +04:00)
Dmitri Medvedyev "Vahid Rusiya"nın təklifini qəbul etməyib (video)

Azərbaycan, Bakı, 15 aprel/ " , müxbir A.Qasımova/Rusiya Federasiyasının yeni seçilmiş prezidenti Dmitri Medvedyev "Vahid Rusiya" partiyasının üzvü olmaqdan imtina edib. Bu barədə partiyanın Moskvada keçirilən doqquzuncu qurultayında Medvedyev özü məlumat verib.

Bundan əlavə, bazar ertəsi "Vahid Rusiya" qurultayının nümayəndələri partiya Nizamnaməsinə vəzifəsini tərk edən prezident Vladimir Putinə partiyaya başçılıq etmək imkanı verən düzəlişləri yekdilliklə qəbul ediblər.

Sədr kimi Putinin namizədliyinin irəli sürülməsinə toxunan Medvedyev bunu "məntiqli və vaxtında edilmiş hərəkət" adlandırıb. "Sədr kimi Putin partiyanı gücləndirəcək, güclü siyasi qüvvənin yaranmasına gətirəcək", - Medvedyev bildirib.

Baş nazir Medvedyev martın 2-də keçirilən seçkilərdə Rusiyanın prezidenti seçilib. Medvedyevin inaqurasiya mərasimi mayın 7-nə təyin edilib.

Xəbər lenti

Xəbər lenti