...

AŞPA Siyasi Komitəsinin sədri Azərbaycan qaçqınlarına baş çəkəcək

Siyasət Materials 15 Aprel 2008 16:48 (UTC +04:00)

Fransa, Strasburq, 15 aprel / Trend , müxbir A. Məhərrəmli/ AŞPA Siyasi Komitəsinin sədri, Isveçdən olan deputat Göran Lindblad bu il 27-29 aprel tarixində Azərbaycana səfər edəcək. Bu barədə çərşənbə axşamı AŞPA-da Azərbaycan numayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

O bildirib ki, səfər çərçivəsində cənab Lindblad, Isveçdən olan qonaqlar və Isveçin Azərbaycandakı səfiri Azərbaycan rəsmiləri və xarici qonaqların iştiraki ilə Bakıda Nobel villasının açılışında iştirak edəcəklər. 

AŞPA Siyasi Komitəsinin sədri Azərbaycana səfəri zamanı qaçqınlarla görüşmək, onların vəziyyəti ilə yaxından tanış olmaq niyyətindədir. "Isveçli deputat həmişə Azərbaycanla, qaçqın və məcburi köçkunlərin vəziyyəti ilə maraqlanıb. Bu, AŞPA Siyasi Komitəsinin mövqeyinin müsbət olmasına çox böyük müsbət təsir göstərə bilər. Bu səfər çox önəmlidir", - deyən Seyidov əlavə edib ki, AŞPA rəsmisinin Sabirabaddakı qaçqın düşərgələrini ziyarət etməsi qərara alınıb.

Cənab Lindblad Sabirabaddakı qaçqın düşərgələrində artıq bir neçə dəfə olub. "AŞPA-nın dünənki iclasında o, qaçqın düşərgəsinə gedəcəyini bir daha rəsmi bəyan edib", - deyə Seyidov əlavə edib.

Xəbər lenti

Xəbər lenti