...

Azərbaycan prezidenti "Azadlıq" radiosunun prezidentini qəbul edib

Siyasət Materials 15 Aprel 2008 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend /Azərbaycan prezidenti İlham Əliyev aprelin 15-də "Azadlıq" radiosunun prezidenti Cefri Gedmini qəbul edib.

Gedmin bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi ölkəmizdə gedən proseslərlə yaxından tanış olmaqdan ibarətdir. Qonaq Azərbaycana səfərinin ilk saatlarından ölkəmizdə dinamizmin və inkişafın şahidi olduğunu vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, ölkəmizdə bütün sahələrdə çox sürətli inkişaf var və bu iqtisadi inkişaf prosesləri Azərbaycanın bütün bölgələrini əhatə edir. Prezident Əliyev əmin olduğunu bildirib ki, Gedminin Azərbaycana səfəri ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti