...

Hakim partiyanı təmsil edən deputatlar müxalifətçi həmkarlarına xəbərdarlıq ediblər

Siyasət Materials 15 Aprel 2008 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbacanın hakim Yeni Azərbayxan partiyasını təmsil edən deputatlar müxalifətçi deputata parlamentin iclasları zamanı etik qaydalara əməl etməklə bağlı xəbərdarlıq ediblər. "Parlamentdə Yeni Azərbaycan partiyasını təmsil edən 64 deputat var. Onlar Pənah Hüseynə başqa xarakterli cavab verə bilərdilər. Onlar Pənah Hüseyndən əvvəl xahiş, sonra isə, tələb edirlər ki, gələcəkdə belə hərəkətlərə yol verməsin"- deyə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında hakim Yeni Azərbaycan partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Parlamentin günün birinci yarısında iclası zamanı spiker Oqtay Əsədovla müxalifəti təmsil edən Musavat deputat qrupunun üzvü Hüseynov arasında qalmaqal yaranıb. Qalmaqala YAP-ı təmsil edən deputat Nizami İsgəndərovun qoşulması mübahisəni qarşılıqlı təhqirə çevirib.

YAP rəsmisi qeyd edib ki, parlamentdə bütün məsələlər etika çərçivəsində olmalıdır: "İndi 1992-93-cü illər deyil ki, yerindən qışqıraraq istədiyini danışasan. Parlamentdə çıxış etmək üçün növbə gözləmək lazımdır. Heç kim elə bilməsin ki, yerindən qalxaraq qaçıb tribunada çıxış edəcək. Bundan sonra sədrlə bağlı fikir söyləyəndə etik normalarıgözləməyi unutmayın."

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti