...

Azərbaycan sülhməramlıları Kosovodan geri dönüblər (video)

Siyasət Materials 15 Aprel 2008 17:45 (UTC +04:00)
Azərbaycan sülhməramlıları Kosovodan geri dönüblər (video)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Kosovodakı sülhməramlıları bu gün geri dönüblər.

Prezident İlham Əliyev Kosovoda xidmət edən Azərbaycan sülhməramlılarının geri çağırılması ilə bağlı Milli Məclisə müraciət göndərib.

Milli Məclisin martın əvvəllində keçirilən iclasında azərbaycanlı sülhməramlılarının Kosovodan çağırılması barədə qərar qəbul edib. Bu qərara Kosovonun birtərəfli şəkildə Serbiyadan ayrılaraq müstəqilliyini elan etməsindən sonra yaranmış siyasi vəziyyət səbəb olub.

Azərbaycan Milli Ordusunun tərkibində 1997-ci ildə sülhməramlı bölük, sonra isə, sühməramlı tabor yaradılıb. Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Kosovoda 34 hərbçisi vardı. Azərbaycanlı hərbçilər Kosovonun 18 kəndində nəzarəti həyata keçirirdilər. Azərbaycanın Kosovodakı sülhməramlı bölüyü Türkiyənin sülhməramlı qüvvələrinin tərkibində fəaliyyət göstərirdi.

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə, Azərbaycanın 45 sülhməramlısı xidmət edir, həmin əsgərlər Kabil şəhərində post- patrul xidməti həyata keçirirlər.

1999-cu ildən formal olaraq Serbiya ərazisinin bir hissəsi olan Kosovo BMT-nin tabeliyindədir. Fevralın 17-də Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Rəsmi Belqrad vilayətin müstəqilliyi ilə barışmaq niyyətində deyil. Bir sıra ölkələr, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə Kosovonun müstəqilliyini tanıyıb. Rusiya, İspaniya, Çin, Yunanıstan, Gürcüstan Belqradın mövqeyini dəstəkləyir və Kosovonun müstəqilliyini tanımaq niyyətində deyillər. Azərbaycan Kosovonun müstəqilliyini tanımaqdan imtina edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti