...

Iran həbsxanalarında yüzlərlə yeniyetmə edam cəzasını gözləyir- hüquq müdafiəçisi

Siyasət Materials 15 Aprel 2008 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir D.Xatınoğlu/ İran Beynəlxalq konvensiyalara zidd olaraq yeniyetmələrin edamının tətbiqini davam edir. "Iran həbsxanalarında yüzlərlə yeniyetmə edam cəzasını gözləyir" - deyə, Dünyada Edam Əleyhinə Kampaniyanın sədri Mina Əhədi (Mrs.Mina Ahadi) Trend a bildirib.

Amnesty International hüquq müdafiə təşkilatının məlumatına əsasən, İranda son bir ildə 317 nəfər edam olunub. Təşkilatın aprelin 14-də yaydığı hesabatda bildirilir ki, edam olunanlar icind? "daşqalaq" və " yeniyetmələrin edam?" faktları da qeyd olunub. Bu hesabata İranda 2007-ci ildə 13 yaşlı bir uşağın da edamı daxildir.

"Amnesty İnternational rəsmi məlumata əsaslanaraq hesabat haz?rlay?r, lakin bizdə olan məlumata əsasən, edam cəzası İranda rəsmi statistikadan ən azı iki dəfə çox icra olunur" -deyə, Əhədi çərşənbə axşamı telefonla Berlindən deyib. O bildirib ki, beynəlxalq ictimaiyyətinin etirazları ilə bağlı olaraq, rəsmi Tehran edamın statistikasını gizli saxlayır.

Hazırda h?bsd? olan hüquq müdafiəçisi, İran Məhbusların?n Mudafi? Komitəsinin sədri İmadəddin Baqi (Emadaddin Baghi) keçən ilin sonunda Trend a bildirmişdi ki, insan haqları müdafiəçiləri ölkə daxilində edamları, xüsusilə yeniyetmələrin edamını dayandırmaq üçün ciddi çalışırlar. "İranda edam cəzası bəzən ədalətsiz şəraitdə, vəkilsiz və müdafiəsiz verilir. Ölkədə əhalinin çoxu edama etiraz edir."-deyə, Baqi bildirmişdi.

Əhədi bildirib ki, yeniyetmələr həbsxanadan əhali ilə telefonla əlaqə yaratmağa çalışıb, edam cəzasının ləğvinə çalışmalarını xahiş edirlər. "Əli Mihən Torabi, Kamal Tehrani və 14-15 yaşlı edama məhkum olunmuş lar hər fürsətdən istifadə edib, edam cəzasının ləğvinə çalışırlar. İran daxilində hüquq müdafiəçilərindən, vəkillərdən və edama məhkum olunmuş yeniyetmələrin ailələrindən aldığımız məlumat təəssüf doğurur"-deyə, hüquq müdafiəçisi bildirib.

Əhədi, İranda edama məhkum olunmuş yeniyetmələrin dəqiq statistikası barədə konkret məlumatı olmadığını bildirib: "Bu haqda dəqiq məlumat yoxdur. Lakin, yalnız Kərəc şəhər həbsxanasında edama məhkum 38 yeniyetmə var. Digər həbsxanalarda daha çox yeniyetmənin saxlanıldığını güman edirik. Onları həbsxanada saxlayıb, 18 yaşları tamam olanda edam edirlər"-deyə, Əhədi bildirib.

BMT İnsan Haqları Şurası 1975-ci ildə qəbul etdiyi Konvensiyada beynəlxalq ictimaiyyətdən yeniyetmələrin edamının dayandırılmasını tələb edib. İran bu Konvensiyaya qoşulub.

Amnesty International-ın hesabatına əsasən, edam cəzasının tətbiqində İran Çindən sonra dünyada ikinci yerdədir.

Xəbər lenti

Xəbər lenti