...

Azərbaycan parlamenti İnzbati Prosessual Məcəllənin layihəsini ikinci oxunuşda qəbul edib

Siyasət Materials 15 Aprel 2008 19:07 (UTC +04:00)
Azərbaycan parlamenti İnzbati Prosessual Məcəllənin layihəsini ikinci oxunuşda qəbul edib

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti İnzbati Prosessual Məcəllənin layihəsini ikinci oxunuşda qəbul edib. "Layihə birinci oxunuşda Milli Məclisdə müzakirə olunan zaman deputatlar xeyli sayda təkliflər verdilər. Həmin təkliflər əsasında qanun layihəsində ciddi dəyişikliklər edilib", - deyə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında İnzbati Prosessual Məcəllənin layihəsini hazırlayan İşçi qrupun rəhbəri, deputat Rəfael Cəbrayılov bildirib.

İnzibati Prosessual Məcəllə dövlətlə vətəndaşlar arasında yaranan inzibati mübahisələrin həllini, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və  qaydalarını müəyyən edir. Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

Cəbrayılovun sözlərinə görə, Azərbaycanda siyasi partiyaların dövlət qeydiyyatına alınmamsı ilə bağlı şikayətlərə və qeydiyyatın ləğv olunmasına Apellyasiya məhkəmələrində baxılacaq. "İnzbati Prosessual Məcəllənin layihəsinin ilkin variantında siyasi partiyaların, kütləvi informasiya vasitələrinin qeydiyyatı alınmaması ilə bağlı şikayətlərə, qeydiyyatın ləğv olunmasına və seçki ilə əlaqədar məsələlərə Ali Məhkəmədə baxılması nəzərdə tutulurdu. Lakin Məcəllədə dəyişiklik edilib və bu məsələlərə ilkin instansiya kimi, Apellyasiya məhəkəmələrinin inzibati mübahisələrə dair işlər üzrə kollegiyalarda baxılması nəzərdə tutulub".

Məcəlləyə əsasən, siyasi partiyaların, kütləvi informasiya vasitələrinin qeydiyyata alınmaması ilə bağlı şikayətlərə, qeydiyyatın ləğv olunmasına və seçki ilə əlaqədar şikayətlərinə Ali Məhkəmədə baxılması nəzərdə tutulub".

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, İnzbati Prosessual Məcəllənin layihəsinin hazırlanması beş il davam edib: "Layihə hazırlanan zaman Almaniya, MDB ölkələri, o cümlədən Gürcüstanın təcrübəsi öyrənilib və nəzərə alınıb".

Parlamentin Hüquq siyasəti və Dövlət quruculuğu məsələləri daimi komissiyanın sədri Əli Hüseynov bildirib ki, inzibati mübahisələrinə dair qanuvericiliyin yaradılması Azərbaycan üçün yeni bir sahədir. Parlament "İnzibati icraat haqında" Qanun qəbul edib. Lakin İnzbati Prosessual Məcəllənin layihəsi qəbul edilmədiyindən, Qanun qüvvəyə minməyib. Hüseynov qeyd edib ki, yaxın günlərdə məhkəmə hakimiyyəti nümayəndələrinin iştirakı ilə İnzbati Prosessual Məcəllənin geniş ictimai müzakirələri keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti