...

Sülhməramlı qüvvələrin yaradılması GUAM üçün hələ də prioritet məsələdir – baş katib (video)

Siyasət Materials 16 Aprel 2008 12:06 (UTC +04:00)
Sülhməramlı qüvvələrin yaradılması GUAM üçün hələ də prioritet məsələdir – baş katib (video)

Azərbaycan, Bakı, 16 aprel / " , müxbir S.Ağayeva/ Sülhməramlı qüvvələrin yaradılması GUAM üçün hələ də prioritet məsələdir.

"GUAM universal təşkilatdır və struktur çərçivəsində baxılması mümkün olmayan məsələ yoxdur. Sülhməramlı qüvvələrin yardılması təşkilatın prioritet məsələlər planına daxildir", - deyə GUAM-ın baş katibi Valeri Çeçelaşvili çərşənbə günü Bakıda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu kifayət qədər ciddi məsələdir. "Əgər GUAM sülhməramlı qüvvələrinin yaradılmasına dair qərar qəbul olunarsa, biz qısa müddət ərzində onu formalaşdırmağa hazırıq", - deyə Çeçelaşvili bildirib.

GUAM formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti