...

Azərbaycan müstəqil şəkildə milli təhlükəsizlik sistemini inkişaf etdirmək və müdafiə qabiliyyətini yüksəltmək niyyətindədir – nazir müavini

Siyasət Materials 16 Aprel 2008 13:08 (UTC +04:00)
Azərbaycan müstəqil şəkildə milli təhlükəsizlik sistemini inkişaf etdirmək və müdafiə qabiliyyətini yüksəltmək niyyətindədir  – nazir müavini

Azərbaycan, Baku, 16 aprel / " , müxbir K.Ramazanova/ Azərbaycan müstəqil olaraq milli təhlükəsizlik sistemini, təhlükəsizlik vasitələrini inkişaf etdirmək və müdafiə qabiliyyətini yüksəltmək niyyətindədir.

"Biz hesab edirik ki, özümüzü yetərincə təmin edə bilərik", - deyə çərşənbə günü Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycanın NATO ilə əməkdaşlığını şərh edərkən bildirib.

O qeyd edib ki, Azərbaycan eyni zamanda, "Sülh naminə tərəfdaşlıq" proqramı, ATƏT, Qara Dəniz Əməkdaşlıq Təşkilatı , GUAM və MDB çərçivəsində müqavilə və kollektiv münasibətlərini inkişaf etdirəcək.

Əvvəllər Azərbaycan üzvlük məsələsi ilə əlaqədar NATO-ya müraciət etmək niyyətində olduğunu bəyan etmişdi. "Azərbaycan və NATO arasındakı əməkdaşlığın hazırkı səviyyəsi hər iki tərəfi qane edir", - deyə jurnalistlərə Azərbaycan Parlamentinin birinci vitse-spikeri, NATO PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bildirib.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramı - çərçivə sənədinin imzalanması ilə qoyulub. Azərbaycan bu proqrama ilk qoşulan ATƏT-in 27 üzv dövlətindən biridir. Qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edən "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd 1996-cı ilin aprel ayında imzalanıb.

Hazırda Azərbaycan bu proqrama müvafiq olaraq, üzərinə qoyulmuş təxminən 50 öhdəliyi yerinə yetirir. Hazırda əməkdaşlıq "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət Planı"nın ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti