...

Azərbaycanda idman infrastrukturunu sökərək, yerində çoxmərtəbəli binalar tikirlər -Parlamentin komissiya sədri

Siyasət Materials 16 Aprel 2008 14:28 (UTC +04:00)
Azərbaycanda idman infrastrukturunu sökərək, yerində çoxmərtəbəli binalar tikirlər -Parlamentin komissiya sədri

Azərbaycan, Naxçıvan/ Trend , müxbr İ.Əlizadə/ Azərbaycanda idmanla məşğul olmaq üçün yaradılmış infrastrukturu sökərək, yerində çoxmərtəbəli binalar tikirlər. "Belə problemlər həll olunmasa, Azərbaycanda idmanın inkişafını və kütləviliyini təmin etmək mümkün olayacaq", çərşənbə günü Milli Məclisdə "Uşaq idmanı haqqında" qanun layihəsinin müzakirəsi zamanı Parlamentin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli məlumat verib.

Müzakirələrdə hökumət nümayəndələri, beynəlxalq təşkilatların və QHT-in təmsilçiləri iştirak ediblər. Qanun layihəsi Sosial siyasət daimi komissiyasında hazırlanıb.

Komissiya sədri qeyd edib ki, qanun layihəsinin hazırlanmasında məqsəd - uşaq idmanı və bədən tərbiyəsinin kütləviliyini təmin etmək, bu sahədə inkişafa nail olmaq, hökumət qurumları arasında əməkdaşlığı tənzimləmək, uşaq idmanı məşqçilərinin sosial müdafiəsini gücləndirmək və uşaq idman məktəblərinin maddi-texniki bazasının möhkəmləndirməkdən ibarətdir. "Əvvəllər yaşayış massivləri tikiləndə orada idman qurğuları da yaradılırdı. İndi nəinki yeni yaşayış yerlərində idman qurğları inşa edilmir, əvvəldən tikilmişləri də sökürlər" deyə Rəcəbli bildirib.

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycanda idmanın inkişafı üçün böyük addımlar atılıb. "Azərbaycanda vətəndaşların, o cümlədən gənclərin sağlamlığına, uşaqların hələ kiçik yaşlarından idmanla məşğul olmasına ciddi diqqət yetirilir. Bu məsələlərin qanunla tənzimlənməsi, reallıqların qanunda əks olunması vacibdir".

Muradova vurğulayıb ki, Milli Məclis "Bədən tərbiyəsi və idman haqqında" qanun qəbul edib. Onun fikrincə, görülən işlərə baxmayaraq, uşaqların kiçik yaşlarından idmanla məşğul olması təmin olunmur, çünki uşaqların idmanla məşğul olması üçün nəzərdə tutulan müəssisələrin hamısı müasir tələblərə cavab vermir: "Uşaq məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, büdcəsinin müəyyənləşdirilməsi, kadr potensialının gücləndirilməsi kimi məsələlər öz həllini tapmalıdır".

Parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova isə hesab edir ki, uşaq idmanı sahəsində olan problemləri həll etmək üçün "Tikinti fəaliyyəti haqqında", "Təhsil haqqında", "Səhiyyə haqqında" və "Bələdiyyələr haqqında" qanunlara dəyişiklik edilməlidir.

Xəbər lenti

Xəbər lenti